Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mərhum diktorun qızı anasının ölümü haqqında: “Üzünü qibləyə çevirib dedi ki...”- VİDEO

Tarix: 28-05-2019 23:42     Baxış: 3146 A- / A+
Mərhum diktorun qızı anasının ölümü haqqında: “Üzünü qibləyə çevirib dedi ki...”- VİDEO

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum diktor, Əməkdar artist Natavan Hacıyevanın həyatından danışılıb.

Manevr.az xəbər verir ki, aparıcının qızı Cəmilə Davudova anası ilə bağlı xatirələrini bölüşüb:

“Onların çox gözəl kollektivi var idi. O, balaca otaq onların yuvası idi. Verilişə hazırlaşanda gecə yatmırdı. Deyirdim ki, elə bil birinci dəfədir efirə çıxırsan. Deyirdi ki, sən onu başa düşməzsən, məni xalqım yaşadır. Onun çalışdığı televiziyada yaşlı nəslin diktorlarına başqa cür münasibət oldu, hamı təqaüdə çıxdı. Amma orada işləyə bilərdilər. Nəsə belə alındı. Anidən müayinədən keçdi. Sağlam adam... Düzdü özünə demədilər, sadəcə dedilər ki, qaraciyərinizdə bir balaca problem var. O evə gəldi və sonra dedi ki, mən nahaq gedib müayinədən keçdim. Sözün düzü, ondan gizlətdik, amma belə tez olmağını təsəvvür etmirdim. Aprelin 30-u elə bil can üstündə idi. Qohumlar hamı yığılmışdı. Dedi ki, çox pisəm, mən gedirəm. Deyirdi ki, sizdən ora salam aparacam, orada hamı məni gözləyir. Əli ilə göstərib dedi ki, məni üzü qibləyə çevirin. Biraz əziyyət çəkdi və sonra dedi ki, bugün olmayacaq, hamınız durun gedin, olsa sabah günortaya olacaq. Heç nə yeməyən adam, səhərə yaxın məndən bir parça çörək istədi. O, çörəyi öz əli ilə boğazına itələyirdi. Təəccübləndim ki, axı güclə nəyə görə yeməli idi. Bir ay idi ki, yemirdi, amma ölümünə bir neçə saat qalmış çörək istədi. Onu deyə bilərəm ki, ana, mən səni həyatımdan da çox sevirəm. Bilirəm ki, onun ruhu şaddır. Mən bu gün oturub onun xatirəsindən kamera qarşında danışıram”.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar