Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilindən Xalq Cümhuriyyəti ilə bağlı iki önəmli – Təklif

Tarix: 28-05-2019 10:37     Baxış: 3135 A- / A+
Millət vəkilindən Xalq Cümhuriyyəti ilə bağlı iki önəmli – Təklif

1918-ci il Azərbaycan xalqı üçün ədalətin bərpası ili oldu. Bu tarix bundan sonra da yüz illərlə Azərbaycan xalqı üçün qürur və istinad nöqtəsi olacaq. Biz həmin günün baş verməsi üçün bir çox əsrlər boyunca mübarizə apardıq. Düzdür, çox təəssüf ki, həmin dövrdə biz torpaqlarımızın bir hissəsini geri qaytara bilmədik. Tarixi Azərbaycan torpaqları təqribən 400 min kvadrat kilometrə bərabərdir. 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti tarixi Azərbaycan torpaqları əsasında deyil, sadəcə olaraq həmin dövrdə fəaliyyət göstərən Bakı və Gəncə quberniyalarının əsasında formalaşdırıldı.

Bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə təəssüf hissi ilə qeyd edib ki, həmin dövrdə yeni Azərbaycan dövlətinin hələ kifayət qədər güclü olmaması tarixi Azərbaycan torpağı olan İrəvan şəhərinin Ermənistana paytaxt olaraq güzəştə gedilməsinə səbəb oldu:

“İndiki Ermənistan – hansı ki, tarixşünaslıqda Qərbi Azərbaycan adlanır, – tarixi Azərbaycan torpaqlarıdır. Əgər həmin dövrədək Azərbaycan cəmiyyətində azərbaycançılıq ideyası güclü kök atsaydı, əgər həmin dövrədək Azərbaycan burjuaziyası Azərbaycan ziyalılarına çox güclü dəstək versəydi, həmin dövrədək azərbaycanlılardan ibarət hərbi dəstələr yaradılsaydı, biz həmin dövrdə o torpaqları da Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daxilində görə bilərdik. Ancaq tarixi yenidən yazmaq mümkün deyil.

Tarix nədirsə odur və 1918-ci ildə çətin bir dövrdə Azərbaycanın vətənpərvər oğulları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Cümhuriyyət cəmi 23 il yaşadı. Bu cümhuriyyət Azərbaycan xalqının müstəqil dövlətə layiq olduğunu bir daha sübut etdi. Həmin dövrdə görülən işlərin əks-sədası indi də özünü göstərməkdədir. O dövrdə AXC-nin irəli sürdüyü layihələr, qəbul etdiyi qərarlar kifayət qədər mütərəqqi addımlar idi. Deyərdim ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin fədakarlığı, qəhrəmanlığı bu gün bizim üçün bir örnəkdir, bu gün bizim öyrəndiyimiz tarix dərsidir”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay tariximizin çox şərəfli bir hissəsinə çevrilib:

“Hesab edirəm ki, 28 may tarixi hər birimiz üçün çox əziz bir bayramdır. Bu, dövlətçiliyimizin yenidən qurulduğu, artıq qeyd etdiyim kimi tarixi ədalətin bərpa olunduğu, Azərbaycan xalqının beynəlxalq birlikdə layiqli yerinin tutulması üçün çox ciddi addımların atılmasına başlanıldığı gündür. Bu baxımdan hesab edirəm ki, iki təklifi səsləndirmək pis olmazdı. Birincisi, çox istərdim ki, Bakıda bir “Cümhuriyyət” prospekti olsun. Mövcud prospektlərdən birinin adının dəyişdirilərək “Cümhuriyyət” adlandırılması, yaxud hansısa yeni prospektin salınması məsələsinə baxmaq olar. “Cümhuriyyət” prospekti o şanlı tarixi bir daha hər birimizin yadına salar, o tarixə yüksək hörmətimizi bir daha göstərər”.

Millət vəkili digər təklifi barədə deyib:

“İkinci təklifim cümhuriyyət rəhbərlərinin heykəl kompleksinin qurulması olardı. Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Hacınski qardaşları, şübhəsiz ki, Məmməd Əmin Rəsulzadə və digərlərinin heykəl kompleksinin şəhərin mərkəzində ucaldılması Xalq Cümhuriyyətinin tarixinə bizim yüksək hörmətimizi bir daha nümayiş etdirmiş olardı.

Qeyd edim ki, 23 aylıq müstəqillik dövrümüz hər bir azərbaycanlının bir daha dövlətçiliyə bağlılığını, hər bir azərbaycanlının tariximizin yaşadılmasında, mədəniyyətimizin qorunub saxlanılmasında rolunun olduğunu ortaya qoydu. 28 aprel 1920-ci ildə yenidən dirçələn Rusiya Azərbaycan torpaqlarını işğal etdi. Sonradan sovet sosialist respublikası adlandırılmasına baxmayaraq, əslində bu, Azərbaycanın Rusiyanın məhdud hüquqlu bir vilayətinə çevrilməsi demək idi”.

Milli Məclisin deputatı onu da qeyd edib ki, bu gün Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür:

“Azərbaycan bu gün beynəlxalq birlikdə özünün layiqli yerini tutub. Neft-qaz ehtiyatlarına malik ölkələrin bir çoxu böyük problemlərlə üzləşir. Azərbaycan neftə sahib olan az-az ölkələrdəndir ki, neftdən gələn gəlirləri dövlətin möhkəmlənməsinə, əhalinin rifahinin yüksəldilməsinə yönəldir. Azərbaycan az-az dövlətlərdəndir ki, kiçik, yeni müstəqil dövlət olmasına baxmayaraq böyük dövlətlər onun müstəqil siyasətinə hörmətlə yanaşırlar.

Aparılan siyasət Azərbaycanın daha da güclü olmasına xidmət edir və bizi 101 il əvvəl 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətini elan edən atalarımızın arzularının həyata keçirilməsi istiqamətində böyük işlər görməyə daha da həvəsləndirir. Azərbaycan xalqı öz müstəqil dövlətini qorumaq əzmindədir. Müstəqilliyimiz həmişə var olacaq və bizim birliyimiz, azərbaycançılığımız, dəyərlərimizə, tariximizə sahib çıxmağımız, müasirliyə doğru irəliləməyimiz Azərbaycanın daim müstəqil, daim güclü olmasına kömək edəcəkdir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar