Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək

Tarix: 25-05-2019 09:10     Baxış: 3233 A- / A+
Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək

Mayın 31-də autizm sindromlu uşaqların ölkəmizdə ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək.

Festivalın təşkilatçıları "Birgə və Sağlam" İctimai Birliyi, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllüləridir. Layihə Heydər Əliyev Fondu tərəfindən dəstəklənir.

Heydər Əliyev Mərkəzində keçiriləcək festivalda autizimli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdirəcəklər. Rəqslərlə, solo, xor şəklində ifalar, tanınmış sənətçilərlə birgə çıxışlar ilə zəngin olacaq festivalda autizm sindromlu uşaqlar podiumda bir model kimi də bacarıqlarını göstərəcəklər.

Autizmli uşaqlar podiumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazirlanan kolleksiyanı təqdim edəcəklər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirəcək.

Festivalda qardaş ölkə Türkiyədən də istedadlı autizmli uşaqlar iştirak edəcək və İzmir Autizm Orkestri - İZOT xor qrupu maraqlı proqramla cıxış edəcək.

Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyır. Tədbir ərzində qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər, sosial çarx, klip göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların festivalda özlərini bizlərdən biri hiss etmələri üçün onlarla həmyaşıd olan normal inkişaf edən uşaqların da bəzi nömrələrdə birlikdə çıxış etmələrinə şərait yaradılacaq. Bununla cəmiyyətdə inkluiziv düşüncə tərzinin artmasına da təkan verilmiş olacaq.

Tədbir autizmli uşaqlara həsr olunan, musiqisi Əməkdar artist Tünzalə Ağayevaya, sözləri Murad Arifə məxsus "Fərqliyəm" mahnısının sədaları altında Dövlət Pantamima Teatrının aktyorlarının iştirakı ilə təqdim olunacaq “Autizm-fərqli və bizdən biri” flaşmobu ilə başa catacaq.

Manevr.az
Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək

Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək

Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək

Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək

Azərbaycanda ilk dəfə Autizm Mədəniyyət Festivalı keciriləcək

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar