Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda SAVAŞ BAŞLAYIR: Moskvadan idarə olunacaq həmlənin ŞOK DETALLARI

Tarix: 22-05-2019 18:48     Baxış: 3199 A- / A+
Qarabağda SAVAŞ BAŞLAYIR: Moskvadan idarə olunacaq həmlənin ŞOK DETALLARI

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə qərarı ilə həbsdən azad olunması Baş nazir Nikol Paşinyanı dərindən narahat edir. Bunun nəticəsidir ki, Paşinyan xalqı küçələrə çağırır və məhkəmələrin bloklanması ilə bağlı əmr verir. Baş nazir məhkəmələrin bir neçə saatlıq fəaliyyətini əngəlləməklə gücün kimdə olduğunu nümayiş etdirmək istəyir. Ötən ildən başlayan inqilabın ikinci mərhələsinin məhz hüquq-mühafizə orqanlarına qarşı aparılması Nikol Paşinyan hakimiyyətinin sallanmasından xəbər verir.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli publika.az-a məsələ ilə bağlı açıqlamasında bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsindən 10 ay keçib və o, bu müddət ərzində ən azından hüquq-mühafiə orqanlarını, ən azından, neytrallaşdırmalı, inqilab ab-havasına kökləməli idi: “Belə görünür ki, Paşinyan hüquq-mühafizə orqanlarının bir qismini, xüsusilə, məhkəməni tamamilə nəzarətsiz buraxıb. Məhkəmə köhnə hakimiyyətə, yəni Sarkisyana tabe olur və onun dediklərini yerinə yetirir. Sözsüz ki, bu məsələdə Moskvanın da müəyyən təzyiqləri nəzərə alınmalıdır. Çünki Vladimir Putinin həbsxanada ikən Koçaryanı doğum günü münasibətilə təbrik etməsi, hətta İrəvana səfəri zamanı ilk olaraq Koçaryanı ziyarət etmək istəyini açıqlaması Ermənistan cəmiyyətinə ciddi surətdə təsir göstərib”.

Politoloqun fikrincə, Paşinyan hələ də küçə inqilabçısı olaraq qalır: “Bundan qabağa gedə bilməyib. Paşinyan öz hakimiyyətini qurmaq üçün dərin islahatlara getməli idi. Məhkəmə, dövlət hakimiyyət orqanlarında struktur islahatlarına, kadr potensialının yerləşdirilməsi məsələlərinə baxmalı idi ki, belə vəziyyətlərdə durumdan çıxa bilsin. Paşinyanın inqilab iddiaları gülməli gəlir. Ermənilər elə dayanmadan inqilablar etməyəcək ki”.
Qarabağda SAVAŞ BAŞLAYIR: Moskvadan idarə olunacaq həmlənin ŞOK DETALLARI

Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan Robert Koçaryan həbsxanadan çıxdıqdan sonra daha əsəbi, daha lovğa və təkəbbürlü bəyanatlar verməyə başlayıb: “Baş nazir mübarizənin növbəti mərhələsinin başlandığını bildirdi. Mübarizənin Dağlıq Qarabağdan, Xankəndidən başlayacağını bəyan etdi. Belə görünür ki, Paşinyan xalqı ümidsiz və əzgin vəziyyətdə inqilabın üçüncü mərhələsinə keçirməyə çalışır. Digər tərəfdən isə Koçaryan, Sarkisyan, Saakyan və digərləri sözü bir yerə qoyaraq siyasi mübarizənin yeni həlledici mərhələsinin start götürdüyünü elan etdilər. Faktiki olaraq, Ermənistanda iki ideologiya formalaşıb. Biri zəif və üzgün səslə insanları üçüncü inqilaba səsləyir. Əksinqilabın inqilaba qarşı hücum etdiyini bəyan edir. Digər tərəfdə separatçı rejimin başında duran adamlardan ibarət, əllərində kifayət qədər maliyyə vəsaiti olan, ələlxüsus, Rusiyanın ciddi hüsn-rəğbətindən istifadə edən cəbhə əksinqilab şəklində hücuma keçməyə hazırlaşır. Proses dərinləşməkdədir. Paşinyanın isə manevr imkanları o qədər də geniş deyil. Tutaq ki, polisə əmr verdi və Koçaryanı yenidən həbs etdirmək istədi. Bunun üçün məhkəmənin qərarı lazım olacaq. Məhkəmə isə artıq itaətdən çıxıb və azadlığa buraxdığı adamı yenidən həbs etdirmək haqqında qərar çıxarmayacaq. Bu da məsələni hüquqi müstəvidə həll etməyə imkan verməyəcək. Koçaryanı ram etmək üçün Müdafiə Nazirliyinin qüvvələrindən, Xüsusi Xidmət Orqanlarının xüsusi təyinatlı gücündən istifadə edə bilməz. Bunun özü də qanundankənardır. Paşinyan rəqiblərini ya ram edəcək, ya da zaman fasiləsi verəcək. Bu zaman fasiləsində də ya onun rəqibləri ölkədə olmayacaq, ya da ölkədə olan hissəsi Paşinyanın özünə qarşı mübarizəyə başlayacaq. Beləliklə, bölünmüş cəmiyyət yaranacaq”.

Politoloq sonda qeyd edib ki, Paşinyanın atdığı addımları hələ ki, cəsarətli addım kimi dəyərləndimək olmur: “Hətta burada bir məğlubiyyət elementləri də nəzərə çarpır. Görünür, Dağlıq Qarabağ da daxil olmaqla, Ermənistanda siyasi temperatur xeyli qalxacaq. Bu temperatur isə Moskvadan idarə olunacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar