Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsinə dair açıqlama yayıldı

Tarix: 21-05-2019 18:51     Baxış: 3255 A- / A+
“Hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsinə dair açıqlama yayıldı

Bugün Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi Bakının irəli sürdüyü əsir və girovların “Hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi prosesinə dair açıqlama yayıb.

Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan yerli mətbuata verdiyi açıqlamada bildirib ki, “Ermənistan XİN hər zaman real humanitar addımların atılmasının tərəfdarı olub, lakin bu humanitar hərəkətlər ağır cinayətlərin cəzasız qalması ilə nəticələnməməlidir.”

Erməni tərəfində saxlanılan azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin guya “ağır cinayət törətdiklərini və mülki insanları qətlə yetiridklərini” iddia edən Ermənistan XİN nümayəndəsi həmin şəxslərin “qəhrəmanlaşdırılması”nın əleyhinə olduqlarını da bildirib.

Qeyd edək ki, 2014-cü ilin İyul ayında öz dədə-baba torpaqlarını ziyarət etmək məqsədilə Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni əsgərləri tərəfindən girov götürülüb. Həsən Həsənov davamlı işgəncələr nəticəsində dünyasını dəyişib, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə saxta itithamlarla, müvafiq olaraq, ömürlük və 20 il azadlıqdan məhrum ediliblər.

Hazırda Azərbaycan tərəfində də 3 erməni kəşfiyyatçı-diversant – Arsen Baqdasaryan, Zaven Karapetyan və Karen Kazaryan saxlanılır ki, həmin şəxslər müxtəlif illərdə Azərbaycan Respublikası ərazisində terror aktları törətməyə cəhd ediblər və məhkəmənin qərarı ilə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar