Xəbər lenti
Gözübağlı rəsm çəkən azərbaycanlı Ginnesə iddialıdır - ŞƏKİL
Vüsal Cabbarov orta məktəbdə tarix müəllimidir, lakin bu, onun rəssamlıq fəaliyyətinə mane olmur. Əlbəttə ki, rəssam hisslərini, gördüklərini tabloya köçürür, bu proses isə onun tərəfindən diqqətlə izlənilməlidir. Amma Vüsal müəllim gözübağlı rəsm çəkə bilir, özü də gözüaçıq çəkdiyi rəsmlərdən fərqlənməyən əsərlərə imza atmağı bacarır.
Manevr.az-ın oxu.az-a istinadən xəbərinə görə, uşaqlıq illərindən nağıl personajlarına olan marağı və onları təsvir etmək istəyi Vüsal Cabbarovun yolunu Lənkəran Uşaq Rəssamlıq Məktəbindən salıb.
Dörd illik təhsilini əla qiymətlərlə bitirən rəssam AMİU-nun sənətşünaslıq fakültəsinə daxil olub. O, əsasən, portret janrına üstünlük verir və bu çətin, çox vaxt tələb edən əsərləri çəkən zaman həm gözünün bağlı olması, həm də sürəti insanları təəccübləndirir.
Vüsal Cabbarov təsviri incəsənətdə fərqli üslubunun olduğunu iddia edir və Ginnesin Rekordlar kitabına düşməyə çalışır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
KƏRAMƏT
Tural Turan
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar