Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər özlərinə necə tarix uydurub? - Fransız tarixçidən ŞOK

Tarix: 20-05-2019 21:11     Baxış: 4385 A- / A+
Ermənilər özlərinə necə tarix uydurub? - Fransız tarixçidən ŞOK


Erməni tarixçilərinin illər boyu çalışdıqları Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi.

Manevr.az kult.az-a istinadən xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, tarix boyu düşmənimizin arxasında xristianlıq adından sui-istifadə edən bəzi keşişlər dayanıb:

"1916-cı ildə Venesiya şəhərində dünya ermənilərinin toplantısı keçirilir. Təşkilatçı Fransada anadan olan, Vatikan tərəfindən Venesiya şəhərində baş keşiş təyin edilən Arşak Çobanyan idi.

Toplantının əsas məqsədi "Türksüz Qafqaz" ideyası altında erməni xalqı üçün "qədim Qafqaz evi" tikmək idi. Yəni erməni tarixi yazılması istiqamətində güc ortaya qoyaraq Qafqaz və Anadolu ərazilərində türklərin varlığını danmaq, ermənilərə qədim bir tarix yazmaq idi. Məqsəd Kilikiya kilsəsində tərtib edilən xəritədə Kiçik Asiyada yerləşdirilmiş "Hayastan" ölkəsini "Armeniya" adı ilə Azərbaycan türklərinin qədim Qafqaz coğrafiyasında olan torpağına köçürmək idi. Nəticə öz effektini qısa zamanda verdi, Fransa siyasi dairələrinin dəstəyi ilə "erməni tarixi" adlı əsərlər dünyada yayılmağa başladı və 1918-ci ildə Azərbaycan ərazilərində ilk olaraq Ermənistan Respublikası, iki il sonra isə 9 noyabr 1920-ci ildə rusların dəstəyi ilə "Erməni Sovet Sosialist Respublikası" yaradıldı. İrəvan və Zəngəzur torpaqlarının hesabına".

Tarixçi alim ermənilərin saxta tarix yazması haqqında faktlardan danışıb:


"Arşak Çobanyan Vatikanda olan əlaqələrdən istifadə edərək, "erməni tarixi" adı ilə və guya qədim erməni keşiş-tarixçisi M.Xorenatsinin adından olan "əlyazmaları" orda arxivlərdə saxlamağa nail olur. O, din xadimi toxunulmazlığından yararlanaraq bütün əsas ölkələrin arxivlərinə yol açır və həmin arxivləri qısa zaman ərzində yazılan saxta tarixi kitabları və sənədlərlə doldurur. A.Çobanyanın erməni tarixi yazdırmaq üçün ilk yaxınlaşdığı fransız tarixçisi De Morqan olub. Həmin fransız tarixçi sonralar "erməni keşişləri başqa xalqlara məxsus olan əfsanələr hesabına tarixən bir qarış coğrafi ərazidə müstəqil dövlətləri olmamış babalarına əfsanəvi "dövlət" yaratmağa çalışırlar", - deyə qeydlər yazıb".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar