Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalist Fuad Abbasovla bağlı son məlumat: izolyatordadır, Bakıya göndərilir - eksklüziv

Tarix: 19-05-2019 16:31     Baxış: 3213 A- / A+
Jurnalist Fuad Abbasovla bağlı son məlumat: izolyatordadır, Bakıya göndərilir - eksklüziv

Moskvada yaşayan jurnalist Fuad Abbasovun saxlanılması barədə mediada məlumatlar yayılıb.

Jurnalistin vəkili Elman Paşayev musavat.com-a açıqlamasında bildirib ki, jurnalist hal-hazırda Moskva şəhəri Ximki vilayəti məhkəməsinin qərarı ilə miqrantlar üçün nəzərdə tutulan izolyatorda saxlanılır. Onun Bakıya deportasiyası gözlənilir. Vəkili bildirib ki, buna səbəb aprel ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FCB) F.Abbasovun yaşama haqqını ləğv etməsi qərarını çıxarmasıdır. İddialara görə, FCB-in bu qərarı erməni icmalarının və Azərbaycanın Moskvada fəaliyyət göstərən bəzi icmalarının şikayəti əsasında verilib. F.Abbasov may ayının 2-də Moskvanı tərk etməli idi. Lakin tərk etmədiyi üçün ona saxlanma qərarı verilib. 16 mayda F.Abbasov Moskvann Ximki Vilayət Məhkəməsini qərarı ilə saxlanılıb. Vəkil Elçin Paşayev deyir ki, jurnalistin Rusiyada yaşama hüququnun 17 apreldə məhkəmə qərarı ilə ləğv edilməsindən Fuad Abbasovun özünün xəbəri olmayıb.
Jurnalist Fuad Abbasovla bağlı son məlumat: izolyatordadır, Bakıya göndərilir - eksklüziv

E.Paşayev eyni zamanda bildirib ki, hazırda F.Abbasovun vəziyyəti yaxşıdır. Jurnalist miqrantlar üçün nəzərdə tutulan izolyatorda saxlanılır. Azərbaycan səfirliyinə bu barədə məlumat verilib və səfirlik bu prosesə qoşulub. Gələn həftənin ilk günlərində vəkil F.Abbasovun izolyatordan çıxarılıb, Azərbaycana qaytarılması barədə vəsatət verəcək. Müsahibimizin dediyinə görə, həm səfirliyin, həm də onun iştirakı ilə bu proses baş tutacaq.

E.Paşayev hesab edir ki, F.Abbasov haqda verilən şikayətlər və Ximki vilayət məhkəməsinin qərarı qərəzlidir, düzgün deyil. Ona görə də o, bu qərardan məhkəmə qaydasında şikayət verəcək. Vəkil inanır ki, həmin qərar bir neçə ay sonra ləğv olunacaq.
Gəlişmələr haqda məlumat verəcəyik.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar