Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

TDİB yeni layihənin icrasına başlayıb

Tarix: 19-05-2019 16:03     Baxış: 3166 A- / A+
TDİB yeni layihənin icrasına başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın müasir yazarlarının əsərlərdən ibarət kitabın nəşri” adlı yeni layihənin icrasına start verilib.

"Türk Dünyası İnfo” İctimai Birliyinin 4 ay müddətinə həyata keçirəcəyi bu layihə konkret olaraq müstəqillik dövründə yazıb yaratmış, müasir yaradıcılıq baxımından müxtəlif və ədəbi ictimaiyyətin qəbul etdiyi Azərbaycan şairlərinin əsərlərinin xarici auditoriyada tanıdılmasına istiqamətlənib.

Birliyin sədri Dəyanət Osmanlı bldirib ki, Layihə Azərbaycanın müstəqillik dövrünün tanınmış müasir şairlərinin əsərlərindən ibarət örnəkləri ingilis dilinə çevirib, antologiya şəklində nəşr etməklə irəliçi yaradıcılıq nümunələrimizin beynəlxalq aləmdə tanıdılması timsalında mədəniyyətlərin poetik dialoquna həsr olunub. Fikrimizcə, bu gün xarici auditoriya müstəqillikdən əvvəl və sonrakı Azərbaycan ədəbiyyatının, poeziyasının ovqatı, nəbzi ilə daha yaxından tanış olmalıdır. Biz ədəbiyyat, mədəniyyət proseslərini dəyərləndirərək həmin dövr poeziyamızın təbliği və tanıdılması işinə töhfə vermək istiqamətini seçmişik.Müstəqilliyimiz dönəmində müasirliklə səsləşən və millətin düşüncəsini, yaşamını, bağlı olduğu dövlətçilik məfkurəsini tərənnüm edən kifayət sayda əsərlər yaradılıb. Bu nümunələr ölkə miqyasında ictimaiyyət tərəfindən təqdir olunsa da, müxtəlif dillərə tərcümə olunaraq toplu halında dünyaya çatdırılmasına ehtiyac duyulur. Bu sahədə müəyyən fərdi təşəbbüslər göstərilsə də, xarici auditoriyada tam olaraq söz sənətinin ictimai ovqatı, ümumi mənzərəsi barədə tam təəssürat yaradılmayıb. Ona görə də Birlik olaraq öcəki təcrübəmizdən çıxış edib bu dövrdə yaranan poeziya nümunələrini ingilis dilində bir antologiyada cəmləşdirməyi qərara aldıq.

Kitab nəşr olunduqdan sonra təbliği və tanıtım xarakterli təqdimat mərasimi keçiriləcək. Kitab tədbir iştirakçılarına, diplomatik korpus və nümayəndəliklərə, elmi, mədəni, ictimai qurumlara, kitabxanalara paylanacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar