Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Marneulidə icra başçısı seçkiləri üzrə səsvermə başlayıb - namizədlərin 4-ü azərbaycanlıdır

Tarix: 19-05-2019 09:24     Baxış: 3185 A- / A+
Marneulidə icra başçısı seçkiləri üzrə səsvermə başlayıb - namizədlərin 4-ü azərbaycanlıdır

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə seçkilər üzrə səsvermə prosesinə start verilib.

Saat 08:00-dan etibarən rayonun 90 seçki məntəqəsi seçiciləri qəbul etməyə başlayıb.

Marneulidə seçki hüququna malik olan vətəndaşların sayı 99,7 min nəfərdən çoxdur.

Rayon rəhbəri postuna namizədlərin ümumi sayı 15 nəfərdir ki, onların da 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Azərbaycanlı namizədlər “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat Partiyasından Aqil Mustafayev, hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur. Seçkilərdə əsas mübarizənin məhz bu 4 namizəd arasında aparılacağı gözlənilir.

Bu gün qonşu ölkədə həmçinin Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli ilə yanaşı Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına da icra başçıları seçilir. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçilir.

Növbədənkənar və aralıq seçkiləri üçün ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən, ümumilikdə, 370 300 bülleten çap olunub. Marneuli rayonunda yerləşən seçki məntəqələri gürcü dili ilə yanaşı Azərbaycan və erməni dillərində olan bülletenlərlə təmin olunub.

Seçkilər 402 091 seçicinin qeydiyyatda olduğu 410 seçki məntəqəsində keçirilir. Səsvermə prosesini 49 yerli təşkilatdan 6 139, 7 beynəlxalq təşkilatdan isə 47 nümayəndə müşahidə edir, 45 media qurumun 1 917 əməkdaşı işıqlandırır.

Seçkilərdə səsvermə prosesi saat 20:00-da başa çatacaq.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar