Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov: “Mənim qədər konkret ad çəkərək, məmurları tənqid edən çox az iş adamı var”

Tarix: 18-05-2019 16:25     Baxış: 3264 A- / A+
Mübariz Mənsimov: “Mənim qədər konkret ad çəkərək, məmurları tənqid edən çox az iş adamı var”

“Mübarizədə əxlaq, ədəb və etik qaydalar olmazsa olmazdır. Məmurların özbaşınalıqlarını, dövləti soymalarını, ya da hər hansısa sahədəki siyasəti tənqid etmək hər bir vətəndaşın təbii haqqıdır. Ancaq söyüşlər, xüsusilə də, ailə üzvlərinin, həyatdan köçmüş insanların təhqir olunması nəinki yolverilməzdir, çox çirkindir"

Manevr.az xəbər verir ki, bunu azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov deyib.

M.Mənsimov bildirib ki, hər zaman mübarizlikdən, haqqı nahaqqa verməməkdən, bir haqsızlıq varsa, ona qarşı sözünü deməkdən tərəf olub:

“Ancaq son günlərdə izlədiyim bir sıra hadisə böyük təəssüf hissi keçirməyimə səbəb oldu. Siyasi mübarizə adı altında söyüşə üstünlük vermək, bu da yetmirmiş kimi ailə üzvlərini təhqir etmək bizim mentalitetimizə sığmır. Təəssüf ki, xaricdə yaşayan bəzi mühacirlər etik çərçivədən kənar, çox yanlış yolda addımlayırlar. Hər şeydən öncə biz azərbaycanlıyıq və “kişinin davası kişi ilə olar, ailəsi ilə deyil” prinsipini əsla unutmamalıyıq. Azad ölkədə yaşamaq heç kimə başqasını təhqir etmək imkanı vermir. Siyasi mübarizənin müxtəlif sivil yolları var, daha təhqir nəyə lazımdır?! Bir daha deyirəm ki, siyasətlə məşğul olan hər kəs tənqid oluna bilər. Ancaq kiminsə qızı, həyat yoldaşı və ya atası-oğlu olması səbəbilə təhqirlərə məruz qalması yolverilməzdir.

Mənim qədər konkret ad çəkərək, məmurları tənqid edən çox az iş adamı var. Ancaq onların şəxsi mənfəətlərinə görə, dövləti hədəf seçdirmələri belə bizi əsl hədəfimizdən yayındırmır və yayındırmamalıdır. Dövlətimizi qorumaq, hansısa məmur səhv yoldadırsa, bunu bildirmək, hətta ən üst səviyəni belə yanlışları varsa tənqid etmək əslində ölkənin inkişafına xidmət edir. Ancaq söyüş mübarizəsi sadəcə və sadəcə düşmən dəyirmanına su tökür və Azərbaycana zərər vurur. Çalışaq Azərbaycana zərrə qədər də olsa, zərər verməyək!”.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar