Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aydın Xırdalanlının anası ilk dəfə danışdı

Tarix: 13-05-2019 14:48     Baxış: 3183 A- / A+
Aydın Xırdalanlının anası ilk dəfə danışdı

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum meyxanaçı Aydın Xırdalanlının həyatından danışılıb.

Manevr.az xəbər verir ki, proqramda mərhum meyxanaçının anası Bikəxanım Quliyeva ilk dəfə efirə çıxaraq oğlu barədə maraqlı fikirlər səsləndirib:
“Aydın mənim ilk övladımdır, ilk dəfə ana sözünü ondan eşitmişəm. O, mənim arzullarımı, xəyallarımı həyata keçirən oğul idi. Onu hər zaman bir şair və musiqiçi kimi görmək istəyirdim, çünki mən özüm də o həvəslə yaşamışam. O vaxt müəlliməsi deyirdi ki, dərsə mane olur, sinifdə meyxana deyir. Musiqi məktəbinə qoydum, 5 il qarmon təhsili aldı. Uşaqlıqdan ədəbiyyatla məşğul idi, pəncərə kənarları, yataq altları ancaq kitabla dolu idi. 4 övladım var, 3 oğlan biri qızdır.
Aydın Xırdalanlının anası ilk dəfə danışdı

O qədər mehriban idi ki, hətta qızımdan belə yaxın idi, ürəyindəki sözünü deyirdi. 2006-cı ildə, yəni 29 yaşında evləndi, amma övladı olmadı. Dedim ki, övlad sahibi ol. Qardaşı da dedi ki, övladımın birini sənə verim. Dedi ki, uzaqdan baxıram, elə onlar mənə övlad kimidir. Ən çox bacısının qızını istəyirdi. İlk məhəbbəti isə alınmadı. Hamıya ilk məhəbbət qismət olmur”.

Mərhum meyxanaçının anası onun ölüm anından da bəhs edib: “Səhər dedi nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar, amma dedi ki, burda uzanmıram, öz ayağı ilə evə gəldi. Elə bil əzrayıl onu evdə gözləyirmiş.
Aydın Xırdalanlının anası ilk dəfə danışdı

Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq ki, 2 gün sonra apararıq yenə həkimə. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim, gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi. Dünyasını dəyişənə qədər onunla fəxr etmirdim. İndi onunla fəxr edirəm”.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar