Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elçin Hüseynov Bəhmən Vətənoğlunun şeirini öz adına çıxdı - ETİRAZ

Tarix: 12-05-2019 21:16     Baxış: 21 995 A- / A+
Elçin Hüseynov Bəhmən Vətənoğlunun şeirini öz adına çıxdı - ETİRAZ

"Sözdən əzəmətli bir qala yapmış, türkdilli millətlərin əzbəri və qüruru olan, xalqın ruhunda və yaddaşında möhtəşəm bir şair abidəsinə çevrilmiş Bəhmən Vətənoğlu!"

Manevr.az bildirir ki, şairin şəninə deyilmiş bu xoş sözlər ilk baxışda onun haqqında gözəl bir yazı oxuyacağımıza zəmin yaradır. Əslində isə bu bir vətəndaşın həyəcan və hiddət dolu çağırışına verdiyi girişdir. ARB kanalında efirə getmiş "Səhər-səhər" verilişində müğənni Elçin Hüseynovun Bəhmən Vətənoğluya aid olan şeiri təhrif etməsi və öz adına çıxması əslən Kəlbəcərdən olan ziyalı, dəyərli söz adamı Famil Museyibovun haqlı etirazına, qəzəbinə səbəb olub. Özünün "feyzbuq" səhifəsində bu barədə qeyd edən F.Museyibov bildirib ki, "bu bir həyasızlıq və şərəfsizlikdir." Həmin çağırış dolu qeydləri olduğu kimi təqdim edirik:

"Əziz dostlarım!

Milli dəyərlərimizə, mənəviyyatımıza, əxlaq və mentalitetimizə... laqeyid qalmayan ziyalılarımız!!!

Bəhmən Vətənoğlunun sizlərə təqdim etdiyim bu üç bəndlik şeirini diqqətlə oxuyun
Elçin Hüseynov Bəhmən Vətənoğlunun şeirini öz adına çıxdı - ETİRAZ

və sonra da bu televiziya ekranlarından evlərimizə, ailəmizə həyasızcasına soxularaq, övladlarımızın zövqünü korlayan, onları çaş-baş salan; sevdiyimiz və müqəddəs bildiyimiz söz adamları və təfəkkür, işıq daşıyıcılarımızla yanaşı bizləri də həqarətlə təhqir edən... bu video çəkilişdəki həyasızlığa, abırsızlığa... baxın!!!

Böyük şairin bu şeirinin alçaqcasına təhrif edilməsi bir mənəvi cinayət olaraq az deyilmiş kimi, hələ üstəlik şeiri öz adına çıxmaq!!! Bu boyda oğurluğa nə boyda sırtıqlıq, həyasızlıq, şərəfsizlik... lazımdır!!!... 100 illərlə milli dəyərlərimizi- musiqimizi, tariximzi, folklorumuzu, mətbəximizi... özününküləşdirməklə məşğul və məşhur olan mənfurların bu alçaq xisləti hardan bizim bu üzdəniraqlarda?!
Nə ada verək belələrinə? Nə cür dayandıraq belələrini? Belələrinə meydan verən bəlkə elə biz özümüzük?.. Ən azından, belələrini ifşa etməməliyikmi? İctimai qınağa tutmamalıyqmı?
Fikirlərinizi bölüşün, laqeyd qalmayın!"


Manevr.az

Xəbəri paylaş







Müəllif: Əjdər
Tarix: 13 may 2019 12:07
Bu şərəfsizin heç övladlarından da, xəbəri yoxdu. Hər qonşu birinin atasıdır.
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar