Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda -FOTOLAR

Tarix: 27-11-2016 19:54     Baxış: 2752 A- / A+
Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda


Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az verilən məlumata görə, Türkiyənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı “Təhminə” obrazı ilə tanınan Meral Konrat və rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak və digərləri şəhərimizdə qonaq olub.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və “Bilik” Tədris Mərkəzinin birgə təşkil etdiyi səfər çərçivəsində xanım sənətçi və yaradıcı heyət yeni tikilən mədəniyyət müəssisələri ilə yaxından tanış olub, şəhərimizdə son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıb.

Heydər Əliyev Mərkəzi və “Poeziya Evi”ndə olan qonaqlar görülən işlərdən heyrətlərini gizlətməyib, kiçik bir şəhərin sakinləri üçün belə bir şəraitin yaradılmasını alqışlayıblar.

Qonaqlar həmçinin Sumqayıt Dövlət Dram Teatrında olublar. Teatrda yaradılmış şəraitlə yaxından tanış olan sənətkarlar səhnədə tamaşaçılar qarşısında çıxış ediblər.

“Belə bir teatr səhnəsində məmuniyyətlə çıxış etmək istərdik”deyən sənətkarlar bu səfərin mədəni əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyini dilə gətiriblər. Tanınmış aktrisa Meral Konrat çıxış edərək, Sumqayıtda ilk dəfə olduqunu və gördüyü mənzərələrin onda xoş təəssürat yaratdığını bildirib.

Sumqayıt tamaşaçılarına xoş arzularını çatdıran sənətkarlar sonda xatirə şəkli çəkdiriblər.

Daha sonra Türkiyəli sənətkarlar yeni salınan şəhər bulvarı ilə tanış olublar. Bulvarda gəzintinin onlarda xoş əhval-ruhiyyə yaratdıını bildirən qonaqlar görüşün təşkilinə və mehriban qonaqpərvərliyə görə təşilatçılara öz təşəkkürünü bildirib.

Sumqayıt mədəniyyət işçiləri adından qonaqlara öz xoş arzularını çatdıran Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov dəvəti qəbul edib gəldiklrinə görə sənətkarlara öz təşəkkürünü bildirib, belə tədbirdlərin davamlı olacağını vurğulayıb.

Sonda Türkiyəli sənətçi Sumqayıtın yerli televiziya kanalı və informasiya vasitələrinə müsahibə verib.

Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda
Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda
Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda
Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda
Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda
Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda
Türkiyənin tanınmış sənətçisiləri Sumqayıtda

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar