Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Yaradıcı oxucularımız” tədbirləri çərçivəsində

Tarix: 07-05-2019 14:20     Baxış: 3415 A- / A+
“Yaradıcı oxucularımız” tədbirləri çərçivəsində


Sevinc Ağa Xəlilqızının uşaqlar üçün “Yoxsul və zəngin” hekayəsi

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) 2018-ci ilin payızından “Yaradıcı oxucularımız” layihəsi həyata keçirilir.

Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızının yeni yazılmış “Yoxsul və zəngin” hekayəsi uşaqlara təqdim edilir. Hekayə “Kitabsevər uşaqlar” Facebook səhifəsində və eyni adlı YouTube kanalında da yerləşdirilmişdir. Oxucular hekayə ilə http://yasamal.cls.az/front/files/libraries/81/documents/503607941.pdf linkdə tanış ola bilərlər.

Yoxsul və zəngin
(hekayə-əhvalat)
Atam Ağa Xəlilin əziz xatirəsinə həsr edirəm

May ayının əvvəlli, gözəl yaz havası idi. Ağaclarda gönçələr açır, gilavar əsir, quşların cəh-cəhəsi insanı valeh edirdi. Külək əsdikcə, yarpaqların xışıltısı elə bil pıçıldayırdı, nə isə deməyə çalışırdı. Məncə onlar yazın gəlişinə sevinib, nəğmə oxuyurdular. Belə ecazkar gözəllikləri, ana təbiəti sevməmək olmaz.

Məktəbin həyətində uşaqların səsi aləmi bürümüşdür. Günay xanım qızı Dənizi məktəbdən götürməyə tələsirdi. O, qızını çox sevirdi, yeri gələndə əzizləyən, yeri gələndə tələbkar ana idi. Dəniz də anasını sərhədsiz sevirdi. Dəniz nənələri Fatma Soltan və Xavər xanımı da çox sevirdi. Nənələri də ona sevgiylə, qayğıyla yanaşırdılar, hər istəyini yerinə yetirirdilər. Necə deyib atalar: “Dövlətdə dəvə, övladda nəvə”. Xavər nənə tez-tez söyləyirdi: “Doğru deyiblər. Nəvə övladdan da şirin olur. Yaşayıb görürsən hər şeyi”.

Dəniz qaça-qaça pilləkanları düşüb anasına sarı gəldi. Anası ona əli ilə işarə edir: “Tələsmə qızım, yıxılarsan!” Narahat oldu. Dəniz anasını möhkəm-möhkəm qucaqladı:

– Ana, anacan, bü gün mən Azərbaycan dilindən, riyaziyyatdan “5” qiyməti almışam.

– Ananın sevincdən gözləri doldu.

– Afərin qızım! Əməyimi qiymətləndirdiyinə görə çox sağ ol!

– Yolda gedə-gedə Dəniz hey danışırdı, anasına suallar verirdi.

– Ana, niyə çox sualların cavabını mən bilmirəm?

– Tələsmə qızım, oxuya-oxuya, böyüyə-böyüyə bütün cavabları özün tapacaqsan.

– Ana yoxsul nədir, zəngin nədir?

– Tələsmə, evə çatırıq. Əynini dəyiş, əl-üzünü yu, yeməyini ye, sonra başa salaram sənə.

– Yox eee, ana! Müəllimə bizə tapşırıq verib. “Yoxsul və zəngin” bu mövzuda hekayə yazmalıyıq.

– Yaxşı qızım, başa salaram, sonra özün hekayəni yazarsan. Yadımdadır, Dursun nənəm mənə belə əhvalat danışmışdır. Onda mən də 3-cü sinifdə oxuyurdum. Nənəmə sual verdim: “Nənə, yoxsul nədir? Niyə belə deyirlər?” Dursun nənə mənə dedi: “Dinlə məni, bala. Bağımızla üzbəüz bir kişi yaşayırdı. Adı Məmməd idi. Bağında su quyusu var idi. Su şəfalı, sərin idi. Qonşular həmişə onun qapısına gedib quyudan su içməyə, bir vedrə su istəyərdilər. Kim qapısına gedirdisə, hamısına belə söyləyirdi: “Yoxdur su”. Beləcə günlər, aylar, illər keçdi. Bütün bağ əhalisi Məmməd kişini adı ilə yox, Yoxsu və ya Yoxsul adlandırmağa başladı”.

– Ana, necə də maraqlıdır, – Dəniz təəccübünü gizlətmədən söylədi.

– Hə, gözəl balam. Ballı nənəm isə mənə başqa əhvalat danışmışdı. Uşaqlıqdan yadımda qalıb: “Yan-yana bağ qonşuları olur. Rəşid və Yusif gilin bağı. Rəşidin atası Abdulla bağı çox sevirdi, daima ağaclara qulluq edirdi. Bütün gününü bağda keçirdirdi. Qələm çalırdı, calağ edirdi. Ağaclar böyüyüb çoxlu bar verirdi. Hamı bağın gözəlliyindən, ətirli meyvələrindən danışırdı. Əvəz kişinin isə bağda ağacları çox deyildi. Əvəz kişi işlədiyinə görə, onun bağla məşğul olmağa vaxtı az idi. Onun oğlu Yusif 7-ci sinifdə oxuyurdu. Məktəbdən sonra Yusif ağacları

belləyib, su verirdi. O, bağı, ağacları, çiçəkləri çox sevirdi. Atası oğlunun əziyyətini, zəhmətini görüb sevinirdi. Atası Yusifə deyirdi: “Belə getsə

bu bağı sən Gülüstana çevirəcəksən”.

Yusuf əziyyət çəkməkdən qorxmurdu, bunu sevərək edirdi. Beləcə aylar illəri qovalayırdı.

Artıq Rəşid və Yusif böyümüşdülər. Onların ataları dünyalarını dəyişmişdirlər. Yusif bağı həqiqətən Gülüstana çevirmişdir. O, bağın meyvələrini yığıb bağça uşaqlarına, uşaq evlərinə verirdi, çox xeyirxah adam idi Yusif. Rəşid isə bağın meyvələrini sata-sata zəngin adama çevrildi. Artıq o bağa gəlmirdi. Onun bağındakı meyvələr o qədər bol idi ki, yerə düşüb xarab olurdular. Bir gün yolda Yusif Rəşidi görüb deyir ki, heyifdir, atan o qədər əziyyət çəkib, bağın meyvələrini sən də uşaqlar evinə, qocalara ver, savabdır. Rəşid gülərək deyir:

– Dostum, Yusif, savabı sən qazanırsanda, qoy savabların yığışıb səni mənim kimi zəngin etsin.

Yusif ona baxıb, başını buladı, heçnə demədi. Öz-özünə fkiirləşdi: “Ağılsıza hikmət dərsindən nə fayda?”

Günlər keçir. Yusif xəstəxanada yatır. Hamı ona dəymək üçün yanına gəlir. Yusif bağdan çox narahat idi, amma xəbəri yox idi ki, bütün uşaqlar, məktəblilər, qonşular onun bağına qulluq edirdilər. Rəşidin bağı isə günü-gündən solmağa, ağaclar qurumağa başlamışdı. Heç kim o bağa sarı belə baxmırdı. Yusif xəstəxanadan çıxdıqdan sonra bağa gəlir. Bağda uşaqları, qonşularını görüb, bilmirdi nə etsin. Onun gözlərindən özündən qeyri-ixtiyari yaş axırdı və Yusif bu sözləri təkrarlayırdı:

– İlahi, mən nə qədər zənginmişəm!

Həqiqətən insan hər şeyi paylaşdıqca saflaşır, mənən zənginləşir.

Rəşid üçün isə hamı belə deyirdi:

– O, maddi cəhətdən zəngin olsa belə, mənən çox yoxsul adamdır...

– Hə qızım, indi məni başa düşdün? Dəniz, yadında saxla:

Bəxtiyarsan, əgər çəkdiyin əmək,

Cahan süfrəsinə versə bir çiçək.

Dəniz çox təsirlənmişdir... Bu hekayə onun yaddaşında ömürlük qalacaqdır. İndi Dəniz “Zəngin və yoxsul” hekayəsini öz bildiyi, dərk etdiyi kimi yazacaqdır. Mən əminəm, Dəniz bu hekayədən də, həyat hekayəsindən də əla qiymətlər alacaq !!!

Sevinc Ağa Xəlilqızı, yazıçı, şairə

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar