Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev “Qobu Park”da görüş keçirib - ŞƏKİLLƏR

Tarix: 03-05-2019 22:20     Baxış: 4245 A- / A+
Rövşən Rzayev  “Qobu Park”da görüş keçirib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşlaşdırılmasına xüsusi diqqət yetirir. Dövlətimizin başçısı Nazırlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha vurğulayıb ki, hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Hazırda paytaxtda və bölgələrdə məcburi köçkünlərin üçün yeni yaşayış komplekslərinin inşası davam etdirlir. Bunların arasında “Qobu Park-2” layihəsinin də olduğunu qeyd edən Dövlət Komitəsinin sədri yeni kompleksin yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirib.

Bu il aprelin 26-da Birinci vitse-prezident xanım Mehriban Əliyevanın “Qobu Park” yaşayış kompleksinə gələrək məcburi köçkünlərlə görüşməsi, onların yaşayış şəraiti ilə tanış olması, müraciətlərini dinləməsi və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verməsi müharibədən əziyyət çəkən insanlara dövlət qayğısının növbəti təcəssümü kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Birinci vitse-prezidentin tapşırıqlarının dərhal icrasına başlanılıb, yaşayış kompleksi sakinlərinin müraciətlərində qaldırılan məsələlər mövcud qanunvericilik çərçivəsində öz həllini tapacaqdır.

Dövlət Komitəsinin sədri görüşdə iştirak edən məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-mənzil şəraiti və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Onlara Dövlət Komitəsində baxılacağı, müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.

Görüşdə çıxış edənlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bidiriblər.

Manevr.az
Rövşən Rzayev  “Qobu Park”da görüş keçirib
Rövşən Rzayev  “Qobu Park”da görüş keçirib
Rövşən Rzayev  “Qobu Park”da görüş keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar