Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 1 May niyə keçirilmir - MÖVQELƏR

Tarix: 02-05-2019 10:35     Baxış: 3223 A- / A+
Azərbaycanda 1 May niyə keçirilmir

Mayın 1-i Beynəlxalq Əmək Günü qeyd olunur. Dünyanın bir çox ölkələri bu bayramı qeyd edir. Türkiyədə, Fransada bayram yürüşləri toqquşmalara, döyüş meydanına belə çevrilir. Yəni bu ənənə, bayram kapitalizmin inkişaf etdiyi ölkələrdə xüsusi qeyd edilir.
Keçmiş sosialist ölkəsi olan Azərbaycanda isə müstəqillikdən sonra “mayovka” keçirilmir. Sovet vaxtı xalq bu günü bayram edirdi.

1 May tarixinin manifestasiyalarla beynəlxalq zəhmətkeşlər bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib.

Buna qədər isə 1886-cı ilin 1 mayında artıq Çikaqoda həmkarlar ittifaqları 8 saatlıq iş günü tələbi ilə nümayişlər təşkil etmişdi.
Azərbaycanda 1 May niyə keçirilmir

Azərbaycan Kommunist Partiyasının I katibi Telman Nurullayev “Yeni Müsavat”a bildirdi ki, ölkə rəhbərliyinə və Milli Məclisə 1 Mayın qeyri-iş günü və bayram kimi rəsmiləşdirilməsi ilə bağlı müraciətlər ediblər.

“Ancaq cavab verilməyib. Bu bayramı Xalq Cəbhəsi hakimiyyətdə olanda ləğv etdi. O zaman 1 Mayın qeyri-iş günü olması ləğv edildi. 1 May zəhmətkeşlərin günüdür. Maddi nemətləri fəhlə sinfi yaradır. Fəhləyə gərək qayğı göstərəsən ki, cəmiyyəti yaşatsın. Ona bu cür qiymət vermək öz vətəninə, işçi sinfinə hörmətsizlikdir. Heç olmasa əmək bayramı kimi qeyd olunsun, biz razıyıq. Çünki bu fəhlə çəkici, kəndli orağından qidalanırıq. Adam su içdiyi quyuya tüpürməz. Axı bu ölkədə nefti fəhlə çıxarır, ona qiymət vermək lazımdır”, - deyə AKP rəsmisi vurğuladı.

T.Nurullayev qeyd etdi ki, Azərbaycanda kapitalizm inkişaf etməkdədir: “ Qərb sosialist münasibətləri boğur. Bizimkilər Avropa Şurasına görə Qərb dairələrinə qulaq asırlar. Biz əvvəl Moskvaya qulaq asırdıq, indi onlar Qərbi eşidirlər”.

Onun sözlərinə görə, mayın 1-də Bakıda fəhlə heykəlinin qarşısında toplaşıblar: “Hər il ora toplaşırıq. Bu il də 5-6 nəfər gəlmişdi. Əziz bayramlarımızdan biridir. Biz istəyirik ki, 1 May əmək bayramı kimi dövlət səviyyəsində keçirilsin”.
Azərbaycanda 1 May niyə keçirilmir

Araz Əlizadə: “Bu bayramın kommunistlərə aidiyyəti yoxdur”

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sədri, deputat Araz Əlizadə 1 Mayın keçirilməməsinin Xalq Cəbhəsi iqtidarının qərarı olduğunu xatırlatdı. Onun sözlərinə görə, 9 Mayın ləğvi də təklif edilirdi: “Sağ olsun ki, Sabir Rüstəmxanlının dəlilləri əsasında 8 Mart bayramı saxlandı, onu da ləğv edəcəkdilər.

Görünür ki, zəhmətkeşləri zəruri saymayıblar. Mən onlara izah edirdim ki, bu bayramın kommunistlərə aidiyyəti yoxdur, insanların, fəhlələrin, əməkçilərin haqlarının qorunması günüdür. Hətta bir ara biz mitinq keçirmək istəyirdik, amma sağçılar bunu kommunizmi qaytarmaq istəyimiz kimi təqdim edirdilər. Lenin deyirdi ki, hər bir aşpaz qadın dövləti idarə etməyi öyrənməlidir. Amma onlar bunu belə başa düşdülər ki, hər aşpaz qadın dövlət idarə etməlidir. Öyrənməklə etmək arasında fərq qoymadılar".
Azərbaycanda 1 May niyə keçirilmir

Həmid Herisçi: “Mən olsaydım, 1 Mayı...”

Yazıçı Həmid Herisçinin sözlərinə görə, Azərbaycanın sosialist keçmişi olub: “Azərbaycan sağının nailiyyəti o idi ki, sərhədlər yaradıldı. Azərbaycan sağı millətini sevirdi, amma sosial öhdəliklərini bölüşmürdü. 1 May yaxşı ənənə idi.

Məsələn, 300 spartalı varıydı, bu əfsanə müasirləşmişdi, spartakiada keçirilirdi. Bir növ bu bayram zəhmətkeşlərin performansına çevrilmişdi. Amma Elçibəy iqtidarı dövründə 1 May bayram kimi ləğv edildi. Hətta Pənah Hüseynin qərarı olmuşdu. Axı niyə ləğv etdiniz?

O vaxt Alpaslan Türkeş Bakıya gəlməliydi, Azadlıq meydanında qarşılanmalıydı. Türkiyə millətçiləri də 1 Maya nifrət edirdilər. Pənah bəy Türkeşə 1 Mayı hədiyyə etdi, onun gəlişi ərəfəsində bizdə 1 May ləğv olundu. Mən olsaydım, 1 Mayı onun ayaqları altına atmazdım. Mən millətimi solçu kimi sevirəm. Mən hesab edirəm ki, solçular Azərbaycan üçün daha ciddi iş görüblər, nəinki sağçılar. Sağçılar Turanı sevirlər, Turan insanını sevmirlər, sosial öhdəliklərini qəbul etmirlər. Məsələn, Təbrizdə sol ənənəsi çox güclüdür. Bizdə Təbrizi sağçı şəhər kimi təqdim edirlər. Amma Pişəvəri, Səttarxan solçu olub. 1 May solun bayramıdır. Bu gün Fransaya baxın, Parisi dərviş yox, solçular dağıdırlar".
Azərbaycanda 1 May niyə keçirilmir

Pənah Hüseyn: “Bu məsələni iki dəfə parlamentdə qaldırmışam”

Elçibəy iqtidarında baş nazir olmuş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə qəzetimizə bildirdi ki, H.Herisçi tarixi qarışdırır. Onun sözlərinə görə, həmin dövrdə Milli Məclisdə bayram günləri ilə bağlı qanun qəbul olunmuşdu: “İş və qeyri-iş günləri təsdiqlənirdi. Bu siyahıda 1 May iş günü kimi təsdiqləndi. Mən həmin vaxt Milli Məclis üzvü deyildim və belə qərar vermək səlahiyyətim yox idi. Türkeş isə 1992-ci ildə gəlib”.

P.Hüseyn bildirdi ki, 2000-2005-ci illərdə deputat olduğu dönəmdə Milli Məclisdə iki dəfə 1 Mayın qeyri-iş günü olması, əmək və həmrəylik günü kimi qeyd edilməsi barədə təkliflər irəli sürüb.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar