Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi -ŞƏKİLLƏR

Tarix: 30-04-2019 22:34     Baxış: 3674 A- / A+
Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Manevr.az xəbər verir ki, bu gün Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində həkim-şair, publisist, Prezident Təqaüdçüsü ," Qafqaz Media" İctimai Birliyinin sədri, eyniadlı qəzetin və saytın rəhbəri, AzTac.az-direktoru, Xalq TV-nin icraçı direktoru Hacı Azadə Taleh Abbasqızının anadan olmasının 55 illiyi qeyd edildi.
Yubilyar Prezident təqaüdçüsü, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin idarə heyətinin üzvü (1996), Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü, 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2017-ci ildən Avrasiya Sanat Kültür və Bilim Federasiyasionunun Azərbaycan təmsilçisi, 2014-cü ildən Rusiya, Dağıstan, Dərbənddə fəaliyyət göstərən ''Gülüstan'' Ədəbiyyatçılar İttifaqının üzvü, Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin fəxri üzvü, Gürcüstan Azərbaycanlıları Jurnalistlər Burliyinin üzvüdür. Dünyanın 32 ölkəsində olub. 20-yə yaxın xarici dövlətdə müxtəlif diplomlara layiq görülüb. Dünyanın 16-dan çox Ədəbiyyat antalogiyasında şeirləri çap olunub. Əsərləri rus, ingilis, gürcü, alman, özbək, fars, ərəb dillərinə tərcümə olunub. Tədbiri Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq şairi rəhbərlik etdiyi qurum adından təbrik etdi və öncə sözü şəhərin tanınmış ziyalısı, şairə Ofelya Babayevaya verdi. Sonra AJB-nin Sumqayıt təşkilatının sədri, şair Rafiq Oday, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölgəsinin sədri, şairə Qənirə Mehdixanlı, Xalq Tv- nin təsisçisi və direktoru Hidayət Möhnətov, şairlərdən Xatirə Fərəcli, Süleyman Hüseynov, Məmmədyar Məmmədyarlı, tanınmış şair, jurnalist Namiq Dəlidağlı, Elbrus Qayalı, Lilpar Cəmşidqızı, Kəramət Əmirli, DTV-nin"Mənim Dünyam"verilişinin aparıcısı Səid Nurtəbrizi, İDADT-nın aktrisası "Tərəqqi"medallı Səmayə İsmayılova, şairə Səriyyə Dumanlı, xanəndə-şairə Ziba Hüseynova ,ADHTİ-nin baş müəllimi Natiqə İsmayılova ,"Vedibasar"qəzetinin redaktoru, şairə Nəsibə İsrafilqızı, jurnalistlərdən Zümrüd Baloğlanova, Aygün Hacıyeva, İlhamə Məhəmmədqızı, Sevinc Qərib, Elmira Əhmədova , Mənsurə Həşimova, Kamilə İbrahimova, Jalə Əkbərova, operatorlar Seymur, VüqarPərviz yubilyarın yaradıcılığından, ictimaiyyətçi və xeyriyyəçi kimi geniş fəaliyyətindən danışdılar və yubilyara ən xoş arzularını bildirdilər. Tədbirdə eyni zamanda, şairənin vətənpərvərlik mövzusunda yazdığı "Xocalı şəhidim Şöhrət Həsənov" və Apreı şəhidi Təbriz Musazadəyə həsr olunmuş "Vətənimin qürur yeri, Vətınimin şəhid oğlu" iki kitabının da təqdimatı oldu.
Yubilyar həmçinin Sumqayıt ədəbi mühitinin tanınmış nümayəndələrinə təmsil etdiyi "Qafqaz Media" İctimai Birliyinin və Xalq Tv-nin diplomlarını təqdim etdi bütün tədbir təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirdi. Səid Nurtəbrizi Azadə-Talehi "Şərəf"medalı ilə təltif etdi.
Müğənnilərdən xanəndə Ziba Hüseynova, Sübhan Əkbərzadə, Mansur Rəhimov, Vüsalə Məmmədovanın ifası tədbiri daha da rövnəqləndirdi.
Sonda xatirə şəkli çəkdirildi.


İlhamə MƏHƏMMƏDQIZI

Manevr.az

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Sumqayıtda şair Azadə-Taleh Abbasqızı ilə görüş keçirildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar