Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüşüb

Tarix: 24-04-2019 16:06     Baxış: 4245 A- / A+
Rövşən Rzayev “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüşüb


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Niderland Krallığıın “Mine Mark” Fondunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin sədri Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində ölkəmizin üzləşdiyi humanitar problemlər, bu problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyev müharibədən əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısının artırılmasını daim diqqətdə saxlayır. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı icra edilir.

Bildirilib ki, işğalçı Ermənistan hərbi təxribatlar törətmək və atəşkəs rejimini müntəzəm şəkildə pozmaqla qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin, o cümlədən uşaqların həyatını ciddi təhlükə qarşısında qoyur. Azərbaycan özünün işğaldan azad edilən ərazilərini minalardan təmizləyib, bərpa-abadlıq işləri aparsa da, həmin ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması öz aktuallığını saxlayır.

“Mine Mark” Fondunun həmtəsisçiləri Lalə Mustafazadə-Van der Kolk, Nils Hegel, ictimaiyyətlə əlaqələr meneceri İlaria Vallini, maliyyə və strategiya meneceri Aleksandr Zrdavkovski təmsil etdikləri qeyr-hökumət təşkilatının ötən il yaradıldığını, uşaqları, gəncləri minalardan, partlayıcı döyüş sursatlarından qorumaq məqsədi ilə layihələr həyata keçirdiyini, Azərbaycanda da belə layihələrin icrası üzrə əməkdaşlıq perspektivlərinin olduğunu bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Nidarlandlı qonaqlar sonra Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar