Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə - VİDEO/ŞƏKİLLƏR

Tarix: 20-04-2019 21:08     Baxış: 3356 A- / A+
Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə - VİDEO/ŞƏKİLLƏR


Millət vəkili Q.Paşayeva Bakı şəhəri N.Nərimanov adına 45№-li tam orta məktəbdə “Aprel fədailəri” adlı tədbirdə çıxış edərək məktəblərə çağırış edib.

Manevr.az xəbər verir ki, Bakı şəhəri N.Nərimanov adına 45№-li tam orta məktəbdə Aprel zəfəri və qəhrəman Aprel zəfəri şəhidlərimizə həsr olunan “Aprel fədailəri” adlı tədbir keçirilib və tədbiri açan məktəbin direktoru Nəcibə Axundova tədbirin mahiyyətindən danışıb. Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulların və onların ailələri qarşısında baş əyirik deyib. Məktəbin direktoru Aprel döyüşlərində şəhid olan qəhrəman şəhid qardaşımız polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovaya bu cür tədbirin keçirilməsi üçün təşəkkür edən Q.Paşayeva vurğulamışdır ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Millət vəkili Q.Paşayeva məktəblərə çağırış edərək qəhrəman şəhidlərimiz haqqında tədbirlərin tez-tez keçirilməsinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün qəhrəman şəhidlərimizin həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında tədbirlərin, çəkilən filmlərin, yazılan kitabların orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş və təqdim olunmasının vacibliyini qeyd edib. Şəhidlərimizlə bərabər onların ailələri qarşısında da baş əyirik deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər birimiz şəhid ailələrinə daim qayğı ilə yanaşmalıyıq deyib. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri qəhrəman şəhidlərimizdən Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində, müəllimlərin, ziyalıların, gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Tədbirdə iştirak edən bir sıra təşkilatların nümayəndələri, ziyalılar çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Sonra tədbir uşaqların vətənpərvərlik ruhunda hazırladıqları kompozisiyalarla davam edib. Tədbirdə iştirak edən qonaqlar məktəblə də yaxından tanış olub, məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları layihələrlə tanış olublar.
Manevr.az


Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə - VİDEO/ŞƏKİLLƏR

Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə - VİDEO/ŞƏKİLLƏR

Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə - VİDEO/ŞƏKİLLƏR

Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə - VİDEO/ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar