Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nömrəsini dəyişən vətəndaşlar nə etməli? - Kompensasiya il bağlı təcili olaraq...

Tarix: 20-04-2019 17:23     Baxış: 4279 A- / A+
Nömrəsini dəyişən vətəndaşlar nə etməli? - Kompensasiya il bağlı təcili olaraq...


Banklar problemli kreditlərlə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Manevr.az bildirir ki, problemli kreditlərlə bağlı Prezidentin fərmanının icrası ilə bağlı son hazrlıq prosesləri gedir. Əldə etdiyimiz məlumata görə, banklar gücləndirilmiş iş rejiminə keçib, iş vaxtı uzadılıb, əməkdaşlar şənbə və bazar günü də işə cəlb olunub.

Eyni zamanda, əlavə işçilər də əməkdaşlığa dəvət olunub. Yaxın günlərdə ilkin olaraq dövlət tərəfindən kompensasiya kimi ayrılacaq vəsaitlər bankların müxbir hesabına köçürüləcək, daha sonra isə müştərilər SMS vasitəsilə dəvət olunaraq kompensasiyalarını əldə edə biləcəklər. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilən qaydalara əsasən banklar bütün müştərilərə SMS göndərib, kompensasiyanın məbləği, hansı bankdan və hansı formada alacağı barədə məlumat verməlidirlər. 500 manatadək nağd, 500 manatdan yuxarı məbləğdə vəsait isə kart vasitəsilə veriləcək. Banklarda müştərilərlə əlaqə yaradılmasında problemlərin yaşandığı da bildirilir.

Belə ki, bir çox müştərilərin banklara təqdim etdikləri nömrələri işlək olmadığına görə, bir-bir siyahiya düşən şəxslərə zəng edilir, həmin şəxsin nömrəsinin işəyib- işləmədiyi yoxlanılır. Bu səbəbdən də banklar tərəfindən nömrəsini dəyişən müştərilərindən təcili olaraq yaxınlaşmalarına dair elan verilib. Kompensasiyaların verilməsinin təqribən bir ay müddətində olsa çəkəcəyi planlaşdırılsa da, problemli kreditlərin restrukturizasiya prosesi ilin sonunadək (kreditin restrukturlaşması özlüyündə kreditin qapanması müddətinin artırılmasını nəzərdə tutur, bu isə borcalan üçün aylıq ödənişlərin azalması deməkdir) davam etdiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qeyd olunan qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək./news24.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar