Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsulzadəni təhqir edənə deputatdan sərt sözlər: “Bu, ləyaqətsizlik və xalqa nifrətdir”

Tarix: 20-04-2019 09:43     Baxış: 3295 A- / A+
Rəsulzadəni təhqir edənə deputatdan sərt sözlər: “Bu, ləyaqətsizlik və xalqa nifrətdir”

"Məmməd Əmin Rəsulzadəni söymək Azərbaycana nifrət etmək və dövlətimizin çökməsini arzulamaqdır”.

Manevr.az xəbər verir ki, bu sözləri "sherg.az”a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

"Belə insanlar xüsusi xidmət orqanının işçiləridir. Onlara tapşırıq verilib ki, Azərbaycan dövlətinə qarşı çıxış etsinlər”

Deputat bildirib ki, M.Ə.Rəsulzadəni təhqir edən şəxsin Azərbaycanla heç bir bağı ola bilməz:
"Səhv etmirəmsə, feysbukda Rəsulzadəyə qarşı əxlaqsız ifadələr işlədən şəxs Sankt- Peterburqda yaşayır. O özünü talış xalqının hüquqlarını müdafiə edən biri kimi təqdim edir. Ümumiyyətlə, belə insanlar başqa ölkələrinin xüsusi kəşfiyyat orqanının əlində bir vasitədir. Bu şəxs Fəxrəddin Abbaszadə xarakterli biridir. Rəsulzadənin təhqir edilməsi əslində Azərbaycana qarşı qıcıqlandırıcı, təxribatçı xarakter daşıyır.

"Təbii ki, həmin adam Azərbaycanda olsa, hüquq- mühafizə orqanları mütləq addım atmalı, onu Fəxrəddin Abbaszadənin yanına göndərməlidir"
Çünki belə bir gerizəkalı şəxs Məmməd Əmin Rəsulzadəni təhqir etməklə əslində öz kimliyini ortaya qoyur. Təbii ki, həmin adam Azərbaycanda olsa, hüquq mühafizə orqanları mütləq addım atmalı, onu Fəxrəddin Abbaszadənin yanına göndərməlidir. Bütövlükdə bu məsələdə ictimai reaksiyalar önəmlidir. Hesab edirəm ki, bu reaksiyalar da konkret şəxsə yönəlməlidir. Çünki bu təhqirləri edən insanın talış xalqı ilə heç bir əlaqəsi yoxdur. Belə insanlar xüsusi xidmət orqanının işçiləridir. Onlara tapşırıq verilib ki, Azərbaycan dövlətinə qarşı çıxış etsinlər. Çünki ancaq özündən xəbəri olmayan biri belə açıqlama verə bilər”.

Deputatın sözlərinə görə, talış xalqının içində yetişən ziyalı insanların da bu məsələyə münasibət bildirməsi vacibdir:
"Çünki guya talışların hüququnu müdafiə edən biri Azərbaycanın qurucusunu təhqir edirsə, artıq burada başqa məqamlar var. Kimsə iqtidara qarşı aqressiv ola bilər. Amma kiminsə hüququnun pozulmasının Rəsulzadəyə aidiyyəti yoxdur. O sadəcə olaraq dövləti qurub, bunun uğrundan mübarizə aparıb və vəfat edib. Rəsulzadəni söymək şərəfsizlik, ləyaqətsizlik və xalqa nifrət etməkdir. Belə insanın cavabını bütün sferadan olanlar ictimai müzakirələrdə verməlidirlər”.

Qeyd edək ki, Əli İmranov Tolişi adlı şəxs feysbukda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadəni təhqir edib. İstifadəçi Rəsulzadənin şəkilinin üzərinə nalayiq sözlər yazıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar