Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əyyub Qiyas Anar və Ə.Əylislini qonaq çağırdı: "Sizi and verirəm sevdiklərinizə, gəlin Sumqayıt bulvarında çay içək" - ŞƏKİL

Tarix: 16-04-2019 13:16     Baxış: 3365 A- / A+
Əyyub Qiyas Anar və Ə.Əylislini qonaq çağırdı: "Sizi and verirəm sevdiklərinizə, gəlin Sumqayıt bulvarında çay içək"


"Anarın "Daş yuxular" haqqında yazdıqlarına, nə də Əkrəm Əylislinin "Beşmərtəbəli evin altıncı mərtəbəsi" haqqında söylədiklərinə haqq qazandıra bilmirəm"

Bu fikirlər yazıçı-dramaturq Əyyub Qiyasın Anar və Əkirəm Əylisliyə yazdığı "Açıq məktub"dandı.

Manevr.az Əyyub Qiyasın Anara və Ə. Əylisliyə ünvanladığı sözügedən məktubunu təqdim edir:

"Dostun düşmənə çevrilməyi ağır söhbətdir. Mən Anarla Əkrəm Əylislinin bir yerdə işlədiyi günləri xatırlayıram, Əkrəm Əylisli indi İlqar Fəhminin oturduğu kabinetdə otururdu... Yəni Anar sədr, o isə katib idi...
Mən bu iki böyük, ağsaqqal və ustad yazıçının bir-birinin paxırını açmağını müdriklikdən uzaq bir hal hesab edirəm. Bütün hallarda nə Anarın "Daş yuxular" haqqında yazdıqlarına, nə də Əkrəm Əylislinin "Beşmərtəbəli evin altıncı mərtəbəsi" haqqında söylədiklərinə haqq qazandıra bilmirəm. Ə.Əylisinin adı çəkilən romanı ədəbi fakt kimi, ədəbiyyat hadisəsi kimi heç də zəif əsər deyil, sadəcə xalqımızın mövqeyinə zidd olduğu üçün qəbuledilməzdir. Adı çəkilən roman yuxarıda dedyim kimi bütün ədəbi və sənət təriflərinə layiqdir, amma yenə yuxarıda dediyim kimi biz millətimizin mövqeyini heç bir ədəbi uğura sata bilmərik, odur ki, belə bir roman yazılmaya, belə bir mövqe ortaya qoyulmaya bilərdi. Biz Anarın "Ağ liman"ı, "Yaxşı padşahın nağılı", "Gürcü familiyası" ilə yanaşı, Ə.Əylislinin "Təhna narın nağılı", "Kür qırağının meşələri", "Mənim nəğməkar bimim"lə böyüyən nəslin adamlarıyıq. Bu gün mətbuat və sosial media adamı nəfəs almağa qoymur və bu təzyiqdə yaşamaq çətindir.
Bu gün ədəbiyyat dalana dirənib və gənclərə, yeniyetmələrə ədəbiyyatı sevdirmək çətinləşib. Bu gün iki böyük, istedadlı, millətin mənəvi pasportu olacaq ağasaqqal və ustad yazıçı, keçmiş dost, sirdaş bir-birini ittiham edir və uşaqsayağı arqumentlərlə bir-birini suçlayırsa, biz orta yaşın adamları (hələ gəncləri demirəm) bundan nə götürəcəyik... İnanın ki, hər iki yazıçıya sayğım və sevgim böyükdür. Anar mənə nə qədər doğmadırsa Ə.Əylisli də mənə o qədər doğmadır. Və qeyd edim ki, 30 il ədəbiyyatda olmağıma baxmayaraq heç biri ilə yaxın münasibətim yoxdur, amma hər ikisi sevərək oxuduğum müəllifdir. Bəlkə buvaxta qədər Anar mənim bir hekayəmi, bir məqaləmi belə oxumayıb, amma mən Anardan demək olar ki, hər şeyi oxumuşam. Elə yəqin Ə.Əylislinin də mənim kimi bir yazıçıdan xəbəri yoxdur, amma mən onu da oxumuşam və sevərək oxumuşam. Deməyim odur ki, bu iki yazıçıya məsləhət vermək, yol göstərmək həddim deyil, amma məni tanıyanlar bilir ki, həm də sevdiklərimi qorumaq kimi bir daxili missiyam var... Mən bu iki böyük kişinin mübahisəsindən sükutla keçə bilmərəm... bu, məni ağrıdır. Əlimdən başqa heç nə gəlmir, amma bura bir tribunadır həm də...
Mən Anar müəllimi də, Əkrəm müəllimi də Sumqayıta dəvət edirəm. Gücüm yaxşı süfrə açamağa çatmasa da yaxşı çay süfrəsi açmağa çatar... Mən bu iki insanı, iki döstu, sirdaşı barışdırmaq istəyirəm... İstəyirəm ki bütün umu-küsülər arxada qalsın. Çünki hər ikisinə də elə bu yaraşar. Əgər bu çağırışıma səs verməsələr təkcə mənim yox, məncə onları sevən çox adamın könlünü qıracaqlar. Əminəm ki, başda Anar olmaqla Əkrəm Əylisli də bu çağırışıma müsbət cavab verəcək. Çünki bu iki ağsaqqalın bir araya gəlməyi ilə ədəbiyyatımızın bir-birindən ayrı düşən qolları bir-birinə sarılacaq. Çünki U.Çerçilin dediyi kimi: "İki nəfərin savaşında üçüncü qalib gəlir"...
Əziz, Əkrəm Əylisli, əziz Anar! Sizi and verirəm sevdiklərinizə, inandıqlarınıza, xahiş edirəm, unudun bu umu-küsünü, gəlin Sumqayıt bulvarında pürrəngi çay içək, ədəbiyyatdan danışaq, xaitrələrinizi eşidək və Sumqayıtdan dost kimi qayıdın geri.

Mənim əzizlərim, sizdən xəbər gözləyirəm.

Sizi bağrıma basıram! Hər ikinizə sevgi və sayğı ilə,
Əyyub QİYAS"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar