Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hakimiyyət bütün siyasiləri həbsdən azad edə bilər-əfv ümidi -SİYAHI

Tarix: 25-11-2016 08:45     Baxış: 3309 A- / A+
 Hakimiyyət bütün siyasiləri  həbsdən azad edə bilər-əfv ümidi

Novella Cəfəroğlu: “Əfv sərəncamında Əli İnsanov və digər məhbusların adı ola bilər”

Hər ilin bu vaxtları olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamının veriləcəyi xəbəri yayılıb. Ölkə iqtidarının bu əfvlə barələrində hökm olan və Qərbin əsas diqqət mərkəzində olan siyasi məhbusları bütünlüklə azadlığa buraxacağı deyilir.

Hazırda məhkəmə prosesləri başa çatan azsaylı siyasi məhbus həbsxanada var. Bunlardan sabiq səhiyyə naziri Əli İnsanovu, REAL sədri İlqar Məmmədovu, NİDA vətəndaş hərəkatından İlkin Rüstəmzadə və Əbdül Əbilovu, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Elvin Abdullayev və Seymur Həzini misal çəkə bilərik. Heç şübhəsiz ki, əsas diqqət mərkəzində olanlar REAL sədri və sabiq səhiyyə naziridir. Xüsusilə, İ.Məmmədovun noyabrın 18-də kassasiya şikayətinə baxılması və heç kimin gözləmədiyi halda Ali Məhkəmənin onu həbsdə saxlaması bir çox suallar yaradıb. REAL sədrinin Yeni il əfvi ilə azadlığa çıxacağı bildirilir.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev qurumda əfv məsələsi ilə bağlı daimi işlərin getdiyini söylədi: “Hər bir daxil olan müraciət diqqətlə araşdırılır. Bunun komissiyanın əsasnaməsinə uyğun olub-olmaması ilə bağlı rəylər toplanılır və müvafiq arayış hazırlanır. Bu arayışların da hər biri sonda Əfv Komissiyasına təqdim olunacaq. Bu proseduralar başa çatdıqdan sonra komissiya sədri tərəfindən iclas çağırılır. İclasın nə zaman çağırılması sədrin səlahiyyətlərinə aid məsələdir. Hər bir əfvə fərdi olaraq baxılır. Bu zaman bütün amillər nəzərə alınır. Məhkumun ailə vəziyyəti, onun cəmiyyət üçün nə dərəcədə yararlı olması və faydaları, səhhəti, bütövlükdə onu xarakterizə edən xüsusiyyətlər nəzərə alınır. Bundan sonra komissiya üzvlərinin səsverməsi ilə müvafiq rəy hazırlanır. Məhbusun lehinə və əleyhinə olan bütün rəylər cənab prezidentə təqdim olunur. Bundan sonra prezident özü kimi əfv etməsini müəyyən edir. Bu, ölkə başçının konstitusion hüquqidir. İndiyə qədər cənab prezident tərəfindən çoxsaylı əfv sərəncamları verilib. Müstəqillik illərindən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 11 amnistiya aktı verilib. Cinayət Məcəlləsinin ayrı-ayrı maddələrinin humanistləşdirilməsi istiqamətində önəmli addımlar atılıb”.

Hüquqşünas İlqar Məmmədovun azadlığı barədə də danışdı: “Çox istərdim ki, o, azad olunsun. Amma bunun hüquqi proseduraları var. Prezidentin müstəsna səlahiyyətinə aid olduğuna görə bununla bağlı nəsə söyləmək düzgün deyil. Öz vətəndaşlarına münasibətdə cənab prezident hər zaman humanistlik göstərib. ”Mən hər kəsin prezidentiyəm" deyən ölkə başçısı, bunu əfvlə bağlı sərəncamlarında hər zaman göstərib. Əfvin zəruriliyini də cənab prezident müəyyən edir. Müstəqillikdən sonra olan praktikaya nəzər salsaq görərik ki, hər il Yeni ildə əfv sərəncamı verilir. Bu baxımdan, bu il də əfv sərəncamının verilməsini istisna etmirəm".

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu dekabrın sonlarında siyasi məhbus probleminin həll olunacağını bildirdi: “Gözləyirdik ki, İlqar Məmmədov kasasiya şikayətinə baxılarkən azad olunacaq, amma bu olmadı. Dekabrda onun azad olunacağına ümid edirik. Dekabrda əfv sərəncamı veriləcək, o siyahıda Əli İnsanov və digər bizim siyahıdan olan məhbuslar da ola bilər. İlqar Məmmədov da, Əli İnsanov da azad ediləcək, buna çox inanırıq. Siyasi məhbus məsələnin bu qədər problemli həddə çatmasına səbəb hər kəsin özlüyündə siyasi məhbus siyahısı hazırlamasıdır. Biri 166, o biri 94 nəfərlik siyahılar hazırlayır, əsas siyasi məhbuslar da qalır kənarda. Bizim siyahımızda olan əsas siyasi məhbuslar siyahılardan kənarda qalırlar. Məhkəmələri gedən şəxsləri də siyahılara salırlar. Biz bu şəxslərin hamısı barədə yazırıq, amma əsas siyahı məhbuslar öndə olmalıdır. Avropada səs-küy qaldırmaqla, şişirdilmiş şəkildə siyahılar hazırlamaqla əsas siyasi məhbusların işini daha da çətinləşdirirlər. Ümid edirəm ki, dekabrda bizim siyahıda olanlar azadlığa çıxacaqlar”.

Cavanşir ABBASLI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar