Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Fuad Abbasov: “Heç bir problem yoxdur, yayılan xəbərlər..."

Tarix: 13-04-2019 21:42     Baxış: 3192 A- / A+
Fuad Abbasov: “Heç bir problem yoxdur, yayılan xəbərlər..."

Azərbaycanlı jurnalist Rusiyadan deport edilməsi xəbərinə aydınlıq gətirdi.

Aprelin 13-də bir neçə media orqanında Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycana deport ediləcəyi haqda xəbərlər yayılmışdı.

Xəbərlərdə bildirilirdi ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınır.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Fuad Abbasov axşama doğru yaydığı açıqlama bildirib ki, narahatçılığa heç bir əsas yoxdur: “Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

Musavat.com -a başqa mənbədən məlumat daxil olub ki, Fuad Abbasov aprelin 9-dan Bakıdadır və yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu məlumatı tanınmış jurnalist Turan İbrahimov da təsdiq edib.
Fuad Abbasov: “Heç bir problem yoxdur, yayılan xəbərlər..."

Fuad Abbasov özü isə instaqram səhifəsində tapmaca kimi bir mətn paylaşıb. Orada qeyd edib ki, separatçılar arzularını gerçəklik kimi qələmə verirlər. Lakin Fuad Abbasov Afrikada da jurnalistdir...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar