Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda "roliklə" ölümə gedən gənclərin videosu yayıldı: DYP-dən xəbərdarlıq - VİDEO

Tarix: 12-04-2019 19:58     Baxış: 4247 A- / A+
Bakıda "roliklə" ölümə gedən gənclərin videosu yayıldı: DYP-dən xəbərdarlıq - VİDEO



Bakıda bir qrup gənc ayağına təkərlik, yəni''rolik'' geyərək şəhərin mərkəzi küçəslərində şou göstərirlər. Nəqliyyatın intensiv hərəkət etdiyi yoldasürətlə gedən həmin şəxslər avtobus və digər nəqliyyat vasitələrinin arasında hətta təhlükəli manevrlər də edirlər. Yol polisi belə gənclərə xəbərdarlıq edib.


Biri geri, digərləri isə düzünə hərəkət edərək yolda sanki şou göstərir.

Görüntülər paytaxtın mərkəzi küçə və prospektlərini 24 saat nəzarətdə saxlayan təhlükəsiz şəhər kameralarına düşüb. Kadrlardan aydın olur ki, bir qrup gənc gecə vaxtı ayaqlarına təkərlik, yəni ''rolik'' geyinərək şəhərin mərkəzi küçələrində yolun hərəkət hissəsi ilə gedirlər.

Vəziyyət o yerə çatıb ki, gəncələr həyatlarını böyük təhlükəyə ataraq avtobusun və digər nəqliyyat vasitələrinin qarşısında sürətlə hərəkət edirlər. Bu zaman onlardan birini az qalsın avtomobil vura. Onlar Parlament prospekti ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsindən start götürərək üzü Nərimanov heykəlinə tərəf yol boyu təhlükəli manevrlər ediblər. Onların belə təhlükəli vəziyyətini polis aşkar edən kimi dərhal hərəkətə keçib və saxlayıb.

Söhbət zamanı gənclərin 17-21 yaşlarında olduğu müəyyən edilib. Onlara pozduqları qaydalar izah olunub, bunun təhlükəli tərəflərini bildirilib. Polis əməkdaşları həmin şəxslər barəsində inzibati qaydada protokol tərtib edib və gənclər cərimələnib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov deyir ki, velosiped, ''skeyt''və yaxud da ''rolik''lə yolun hərəkət hissəsinə çıxmaq qanunla qadağandır.

Qeyd edək ki, bu kimi qaydaları pozanlar inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə 20 manat məbləğində cərimə olunurlar. Vaqif Əsədov deyir ki, ilin əvvəlindən bu günə qədər kameralar vasitəsi ilə çoxlu belə şəxslər aşkar edilib və cərimə olunublar.

Yol polisi bir daha bu cür vasitələrdən istifadə edən gənclərə,yolun hərəkət hissəsinə çıxmamaqla bağlı xəbərdarlıq edir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar