Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“XƏZAN” jurnalının aprel sayı işıq üzü gördü - ŞƏKİL

Tarix: 12-04-2019 15:44     Baxış: 3792 A- / A+
“XƏZAN” jurnalının aprel sayı işıq üzü gördü - ŞƏKİL


“XƏZAN” jurnalının aprel (2019) sayı çapdan çıxıb. Sanki təbiətlə təmas qurmuş jurnal çaşqın bahar havası kimi poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
120 səhifəlik jurnal Azərbaycanın və Dağıstanın sevimli şairi, Qumri Dərbəndinin gur nəfəsi ilə yazıb-yaradan Zeynəb Dərbəndlinin “Dəmirqapı Dərbəndim” şeiri ilə başlayır.
Jurnal şairlərdən Fəxrəddin Əzizi (65), Şərqiyyə Balacanlını (70), Mahir Cavadlını (60) və Ayaz İmranoğlunu (60) müvafiq yaşlarının tamam olması münasibətilə təbrik edib.

Şair Fəxrəddin Əzizin 65 yaşının tamam olması münasibətilə Əli bəy Azərinin “Duman yolu bağladığı yerdənəm” məqaləsində qismən də olsa yaradıcılığına nəzər salınır. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri şair İsmayıl İmanzadə “Tanrının xoşbəxt bəndəsi” və şair Ramiz İsmayıl “Biz haqq yolçusuyuq, Fəxrəddin Əziz” başlıqlı yazıları ilə Fəxrəddin Əzizi təbrik edirlər.
Şair Ələsgər Talıboğlu “Sazlı-sözlü bir dünyanın rəngləri” məqaləsində 70 yaşının tamam olması münasibətilə Aşıq Şahsoltanın yaradıcılığına nəzər salmışdır.

Zeynəb Dərbəndli “İki xalqın səsi” başlıqlı məqaləsini Dağıstan Respublikasının xalq artisti Düriyyə Rəhimovanın 90 illiyinə həsr etmişdir.
“Kitabşünaslıq rubrikası üzrə “Pedaqogika üzrə elmlər doktoru Həsən Bayramovun “Uğurlu publisistik əsər” məqaləsində Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” kitabı və onun nümunəvi məmur-vətəndaş şəxsiyyəti haqqında gözəl mülahizələr yürüdülür.
Kənan Hacı “Ruhumuzu necə xilas etməli?” məqaləsində Ayaz İmranoğlunun 60 yaşı ərəfəsində Vaqif Osmanovun qələm məhsulu olan “Üzərində əsməli” kitabı haqqında düşüncələrini sərgiləmişdir.
Əli bəy Azərinin “Hafiz Əlimərdanlı yaradıcılığında QƏZƏLLƏR və RÜBAİLƏR” məqaləsi Hafiz Əlimərdanlının yenicə çapdan çıxmış “Qəzəllər və rübailər” kitabı haqqındadır.

Leyla Abasovanın “Fentezi janrında əsərlərin nəşri və əhəmiyyəti araşdırma-məqaləsində dünya ədəbiyyatında və qismən Azərbaycan ədəbiyyatında fentezi janrında yazılmış kitablardan və onların yeniyetmələrə təsir mexanizmindən söhbət açılır.
Ramiz İsmayılın “Torpağa və sözə məhəbbət” məqaləsi Gülnaz Abdullayevanın “Ayrılıq” hekayələr toplusu və ümumilikdə hekayələrindən bəhs edir.
Tamella Həmidqızı “Yaddan çıxmayacaq bir şeir kimi...” resenziya-məqaləsində Vaqif Səmədoğlunun yaradıcılığından söhbət açır.
Ələsgər Talıboğlu “Bütün qələbələr qan rəngindədir” məqaləsində Aygün Sadiqin “Güzgüdə kim var?” kitabına və ümumilikdə yaradıcılığına nəzər salmışdır.

Poeziya həvəskarları Şərqiyyə Balacanlının “Bitməyən döyüş” poeması, Zeynəb Dərbəndlinin, Fəxrəddin Əzizin, Hafiz Əlimərdanlının, Bəxtiyar Abbas İntizarın, Zaur İlhamoğlunun, Saqif Qaratorpaqın, Qurban Hüseynlinin, Namiq Dəlidağlının, Xaliq Azadinin, Günel Əliyevanın, Loğman Əhmədovun, tabasaran şair Şüşəxanım Kərimovanın yaradıcılıqlarından nümunələrlə tanış ola bilərlər.

Nəsr əsərlərindən Arif Ağaların “Talenin sınağı” povesti, Fəxrəddin Oruc Qəribsəsin “Albalı ağacı”, Əli bəy Azərinin “Nazirin qəbulundan reportaj”, Vaqif Devricovun “Arzuların qatili” hekayələri jer almışdır.
Vaqif Osmanovun “Təbiət və insan” silsiləsindən “Erməni xislətli qu-qu quşları” esse-araşdırması olduqca maraqlıdır. Müəllif uğurlu paralellər aparmaqla bir daha insanın təbiətin ayrılmaz parçası olduğundan bəhs etmişdir.
Rəna Mirzəliyeva “Uğurların başlanğıcı” oçerkini beynəlxalq tədbirlərdə uğurlar qazanmış bir kənd müəlliminə həsr edib. Nizami Kolanılı “Dərd üstünə dərd gəlir” essesində qaysaqlasa da sağalmaz Qarabağ dərdinə və böyük, ağsaqqal məsləhətinin vacibliyinə toxunmuşdur.
Gənc yazar Ülviyyə Yasəmənin “Sadəcə xeyir”, “Küləkli günlər”, “Xoşbəxtliyin sirri”, “Qaranlıqdan aydınlığa” başlıqlı esselərini uğurlu addım hesab etmək olar.
Jurnalın sonunda verilmiş Vaqif Osmanovun “Bütöv Vətən həsrəti” adlı daha bir araşdırma-məqaləsi yazıçı Əli bəy Azərinin Dünya Azərbaycanlılarının həmrəylik gününə rəğmən o taylı-bu taylı vətənin acılarını sızladan “Başdaşındakı şəkil” hekayəsinin təhlilinə yönəlmişdir.
Jurnalda daha bir məqalə yerləşdirilmişdir. Bəxtiyar Abbasovun ““Quran”da “19” möcüzəsi” adlı həmin məqaləsi redaktor guşəsində yerləşdirilmişdir, ciddi təhlilinə ehtiyac duyulur.
“Xəzan” jurnalının bu nömrəsini də ədəbi proseslərdə iştirakına görə uğurlu addım hesab etmək olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar