Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin aşpazı: Azərbaycan plovu hazırlamağı çox istərdim

Tarix: 09-04-2019 15:25     Baxış: 3221 A- / A+
Putinin aşpazı: Azərbaycan plovu hazırlamağı çox istərdim


Rusiyanın birinci şəxsləri, o cümlədən, Medvedev və Putinin hakimiyyəti dövründə işləmiş tanınmış Kreml aşpazı Anatoli Qalkin Azərbaycanın şah plovunu hazırlamaq istədiyini dilə gətirib.

Bu barədə o, “Daily Storm”a verdiyi müsahibədə danışıb.

“Mən insanları, ələlxüsus yaxşı yemək bişirən insanları sevirəm. Kimsə yaxşı insandırsa, üstəlik, yaxşı yemək bişirməyi bacarırsa, deməli, möhtəşəm insandır. Onun üçün yemək bişirmək heç vaxt əziyyət sayıla bilməz.

Deyək ki, dostunuz və ya rəfiqənizgilə qonaq gəlmisiniz, qabağınıza dadlı və gözəl təamlar qoyublar. Demək, həmin evdə sizi, həqiqətən, gözləyirdilər. Həmin evdə sizin xətrinizi çox istəyirlər. Orada sizi görməyə hər zaman hazırdırlar.

Bizim peşədə ən vacib olan budur. Kimin üçünsə şorba bişirmişəmsə və mənə “Allah canını sağ eləsin” deyirsə, özümü çox xoşbəxt hiss edirəm. Bizim üçün ən vacib olandır.

Mənim artıq 60 yaşım var, arzuladıqlarımın heç yarısını həyata keçirməmişəm. Mənim həyatımda bir çox şeylər ərəblər, azərbaycanlılar, Şərqlə bağlı olub. Ona görə çox yaxşı, dadlı Azərbaycan şah plovu hazırlamaq istəyirəm.

Mən artıq onu bir sıra yüksək vəzifəli insanlar üçün bişirmişəm, kifayət qədər yaxşı alınıb. Ancaq düşünürəm ki, bundan da yaxşısını bişirə bilərəm”, - deyə Kreml aşpazı bildirib./oxu.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar