Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini gündəmə gətirib

Tarix: 08-04-2019 21:21     Baxış: 3195 A- / A+
Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini gündəmə gətirib

Millət vəkili Q.Paşayeva AŞPA-da AŞ İnsan Haqları üzrə Komissarı qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlı bağlı məsələni qaldırıb və Avropa təşkilatlarını laqeyidlikdə ittiham edib.
Bu gün AŞPA-da Avropa Şurası İnsan haqları üzrə Komissarı xanım Dunya Miyatoviç çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.
Manevr.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva Avropa Demokratlar Qrupu adından AŞ İnsan Haqları üzrə Komissarı qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlı bağlı məsələni qaldırıb və Komissara, Avropa təşkilatlarına çağırış edib:”Xanım Komissar, Azərbaycandan iki məcburi köçkün təxminən 5 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz olaraq girov götürülmüşdür. 11 iyul 2014-cü ildə Azərbaycanın mülki şəxsləri Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarını ziyarətləri zamanı girov götürülmüşlər. Artıq neçə vaxtdır Azərbaycan hökuməti "hamı hamıya" prinsipi əsasında hər iki tərəfin saxladığı şəxslərin dərhal azad edilməsi çağırışını etmişdi. Təəssüf ki hətta bütün insan haqlarına hörmət edəcəyini iddia edən indiki Ermənistan rəhbərliyi Azərbaycanın bu mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir. Nə vaxta qədər Avropa Şurasının müvafiq qurumları Azərbaycanın bu iki mülki şəxsinin tayeli ilə bağlı səssiz qalacaq?”

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dünya Myatoviç Avropa Şurasının və rəhbərlik etdiyi qurumun susmadığını, bu işlə məşğul olduqlarını bildirib. O, həmçinin hər iki ölkənin hakim dairələri, vasitəçilərlə əlaqə saxladıqlarını, bu məsələnin həlli ilə məşğul olduqlarını xüsusi vurğulayıb: ”Hər iki ölkənin prezidentlərinin görüşündən sonra vəziyyət yaxşıya doğru inkişaf edir. Buna sevinirik. İnsanları sülhə hazırlayırlar, bu o deməkdir ki, insan hüquqlarına riayət olunmalıdır”. Avropa Şurası İnsan Haqları üzrə Komissar bildirib ki o bu adamların azad olunmasında iştirak etməyi çox istəyir. ”Mən çox istərdim bu adamların azad olunmasında iştirak edim. Mən bütün bu hadisələri izləyəcəm, ancaq düşünürəm ki, əsas məsuliyyət liderlərin üzərinə düşür. Onlar əmin olmalıdırlar ki, onların sülhə hazırlığı müəyyən nəticələr verməlidir. Bu təkcə söz olaraq qalmamalıdır”.
Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini gündəmə gətirib



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar