Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rektor DTX-nın medalı ilə təltif edildi - ŞƏKİL

Tarix: 05-04-2019 22:01     Baxış: 3203 A- / A+
Rektor DTX-nın medalı ilə təltif edildi - ŞƏKİL

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə təltif olunub.
Manevr.az xəbər verir ki, kult.az-a verilən məlumata görə, təqdimat mərasimində çıxış edən DTX-nın səlahiyyətli şəxsi bildirib ki, yubiley medalının akademik Kamal Abdullaya təqdim olunması Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan Dillər Universitetinin kollektivinə olan böyük etimadının bariz nümunəsidir.

ADU-nun rektoru Xidmətin uğurlu fəaliyyətindən danışıb. O, bildirib ki, dövlətçiliyimizin, milli maraqlarımızın qorunması istiqamətində xidmət əməkdaşlarının fədakar əməyi hər zaman yüksək qiymətləndirilib:

“Məni belə bir şərəfli ada layiq gördüyünüzə görə təşəkkür edirəm. Bilirəm ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dövlətçiliyimizin keşiyində çox böyük mətanətlə durublar. Azərbaycan Dillər Universitetinin əməkdaşları da tələbə, vətəndaş yetişdirməklə, cəmiyyətlə yüksək səviyyədə ünsiyyət qurmaqla dövlətçiyimizə xidmət edirlər. Bu medal təkcə mənə yox, bütün kollektivimizə verilən təltifdir. Dövlət Təhlükəslizlik Xidmətinin 100 illiyi münasibəti ilə təbrik məktubumuzu, xoş arzularımızı xidmətin rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlamışıq. Bu əlamətdar yubiley münasibəti ilə Xidmətin bütün kollektivini bir daha təbrik edirəm”.
Rektor DTX-nın medalı ilə təltif edildi - ŞƏKİL



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar