Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Lüt qızların videosu haqda Flora Kərimova od püskürdü

Tarix: 01-04-2019 19:02     Baxış: 4460 A- / A+
Lüt qızların videosu haqda Flora Kərimova od püskürdü


Xalq artisti Flora Kərimova dünəndən sosial şəbəkələri "bəzəyən" 3 qızın məlum videosu ilə bağlı kəskin açıqlama verib.

Manevr.az news24.az-a istinadən bildirir ki, F. Kərimova sosial şəbəkə hesabından bunları yazıb:

"Buyurun millət!!!

Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. "Nə var burda", "nə oxuyub ki", " niyə qarışırsız", "mənə dəxli var?" deyib keçdiyinizin əks-sədasıdır.

Gözəl Cin atalar sözü var - "Bir mıx, bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igitsə bir ordunu məhv edər".
İndi Durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganəliklə 31 mart soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə...
Qadın adının məsuliyyəti kişi adının məsuliyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi nə etdilər! Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideyinləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa hamısını gözü kölgəli, başı qapazlı etdilər! Tək dərd budurmu millət?! Sabah biz, millət olaraq, namusundan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!!! Di, qalxın bunun altından!!!

İctimai qınaq, utanc pərdəsi aradan götürülüb artıq. Kim nə istədiyini etməməli idi, etdi! Nə düşündüyünü dilinə gətirməməli idi, dedi! Acıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar efir etikası pozulanda, bu yarğanlar çat olan vaxlar deyəndə ki, olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşmır, cəmiyyəti çirkləndirməyin, bir çoxları əməllərinə haqq qazandırıb üstümə yürüdülər və bunu əksəriyyətiniz görməməzlikdən gəldiniz (söhbət nüfuz sahablərindən gedir)! Bu gün biri öz dəyərini əlində qazandığı pullla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub salfetka ilə oynayacaqdı. Və oldu!!! Bunu görmək çoxmu çətin idi? Təəsüfflər olsun ki, artıq ilmələr sökülüb. Baş Prokurora, Nazirlərə müraciətlər edilir. Nə günə qaldıq ki nazir səviyyəsində, Baş Prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyyəsi həll edilir.

Hər gün şəhid qanı bunlara görəmi axıdırıq, hər gün analar bunlara görəmi qara geyinir?
Millət, bu, olmamalı idi, bunu yaşamamalı idik, bu yerə çatmamalıydıq!!!"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar