Sizin Reklam Burada
Xəbər lenti
20 aprel
19 aprel
BÜTÜN XƏBƏRLƏR

Yaponiya xoşbəxtlik səviyyəsinə görə dünyada 58-ci yeri tutub

Tarix: 22-03-2019 10:01     Baxış: 460 A- / A+
Yaponiya xoşbəxtlik səviyyəsinə görə dünyada 58-ci yeri tutub


Dünyanın həyat üçün ən xoşbəxt məkanları barədə son hesabatda bildirilir ki, Skandinaviya ölkələrinin əhalisi yüksək keyfiyyətli sosial təminat və təhsil səviyyəsinə görə özlərini daha xoşbəxt hiss edirlər.

Manevr.az xəbər verir ki, Yaponiya həmin siyahıda 58-ci yeri tutub və əvvəlki illə müqayisədə 4 pillə geriləyib.

BMT-nin müvafiq bölməsi tərəfindən hər il nəşr edilən Ümumdünya Xoşbəxtlik Hesabatında stabil inkişaf səviyyəsinə malik 156 ölkədə və ərazi vahidində insanların özlərini nə dərəcədə xoşbəxt hiss etmələri əsas götürülür. Hər il hazırlanan hesabatda adambaşına düşən ümumi daxili məhsul, orta ömür həddi və sosial azadlıqlar nəzərə alınır.

Martın 20-də nəşr edilən hesabatda Finlandiya ikinci ildir ki, ardıcıl olaraq birinci yeri tutur. İkinci yerdə Danimarka, üçüncü yerdə isə Norveç gəlir. Yaponiya “Böyük yeddilik” ölkələri sırasında sonuncu yerdə qərarlaşıb.(AZƏRTAC)

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar