Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazirlər Hafiz Hacıyevə 10 ayaqqabı aldı: "Satıb çörəkpulu edəcəm"

Tarix: 14-03-2019 14:30     Baxış: 4213 A- / A+
Keçmiş nazirlər Hafiz Hacıyevə 10 ayaqqabı aldı: "Satıb çörəkpulu edəcəm"


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "Yeni Müsavat”ın canlı yayımında ADP sədri Sərdar Cəlaloğlu ilə debatı zamanı nimdaş ayaqqabısını çıxarıb izləyicilərə nümayiş etdirməsi marağa səbəb olub. Partiya sədri kasıb olduğunu, sökülən kostyumunu 13 manata aldığını, ayaqqabısını isə 10 yerdən tikdirdiyini söyləyib.

Canlı yayım gedə-gedə bir sıra izləyicilər şərh bölümünə rəylər yazaraq H.Hacıyevə ayaqqabı almaq istədiklərini bildiriblər. Amma bununla belə, onu ələ salan, fikirlərinə rişxəndlə gülüb statuslar paylaşanlar da olub.

Xüsusilə müxalif kəsim H.Hacıyevə daha çox sərt statuslar həsr edir.

Lent.az-ın məlumatına görə, H.Hacıyev artıq 10 nəfərin ona ayaqqabı aldığını söyləyib: "O çıxışımdan sonra çoxsaylı müraciətlər olub. Keçmiş nazirlər, komsomol katibi işləmiş dostlarım var. Hərəkat dövründən dostluğumuz davam edənlər də az deyil. Sağ olsunlar, hər zaman mənə kömək edirlər. Artıq 10 nəfər ayaqqabı alıb, qərargahıma gətirib. Onların hər birinə minnətdaram. Bundan sonra da kömək etməyə hazır olduqlarını bildirirlər. 10 ayaqqabıdan yəqin birini geyinərəm, qalanlarını satıb çörəkpulu edərəm. Heç nədən utanmıram. Nazir olduğum dönəmlərdə necə işlədiyimi, bir dəfə də olsun rüşvət almadığımı yaxşı bilirlər. Xalqım necə yaşayırsa, mən də elə yaşayıb öləcəm. Göygöldə limonad seximin olduğu barədə yalan məlumatlar yayırlar. Əgər belədirsə, həmin sexi onlara verirəm. Mənim nəyimin olub-olmadığını xalqım yaxşı bilir. Partiyamız ianələr hesabına fəaliyyət göstərir. Üzvlük haqqına heç zaman əl ata bilmərəm. Zirzəmi kimi bir yerdə qərargahımız var. Bunu hər kəs görüb. Partiya kimi fəaliyyət göstərmək o qədər çox vəsait tələb etmir. Özümü dolandırmaq üçün 7-ci mikrorayonda ”moyka"da avtomobil belə yuyurdum. Həmin "moyka”nı da bağladılar. Heç olmasa, axşamlar maska taxıb maşın yuyurdum, 15-20 manatım olurdu. Bunu da əlimdən aldılar. Taleyimiz belə gətirib, bundan ötrü gedib özümüzü öldürəsi deyilik".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar