Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaponiyada məktəblilərə Azərbaycan haqqında dərs keçirildi

Tarix: 07-03-2019 17:18     Baxış: 3251 A- / A+
Yaponiyada məktəblilərə Azərbaycan haqqında dərs keçirildi

Mart ayının 6-da Yaponiyanın paytaxtı Tokyonun Maçida bölgəsində yerləşən məktəbdə Azərbaycanla bağlı növbəti dərslər baş tutub. Dərslər Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov tərəfindən həyata keçirilir.

Manevr.az bildirir ki, bu barədə “ölkə.az”a diaspor üzrə jurnalist Elnur Eltürk məlumat verib.

Qeyd edək ki, Əlibəy Məmmədov tərəfindən artıq 3 ildir ki, Yaponiyanın Tokyo, Yokohama, Saitama və Çiba şəhərlərində yerləşən məktəblərdə, o cümlədən, Hokkaido Universitetində müntəzəm olaraq Azərbaycanın mədəniyyəti və multikulturalizmi haqqında dərslər keçir.

Bu dəfəki dərsdə Azərbaycanın zəngin və qədim mədəniyyəti, onun tarixi, müstəqillik dövründən sonra əldə edilmiş nailiyyətləri, Azərbaycanın yaponsevərliyi, xalqlarımız arasında olan oxşarlıqlar, mədəni mübadilələr haqqında geniş məlumat verilmişdir.

Eyni zamanda, Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik olması, bu sahələrdə Yaponiya şirkətlərinin yaxından inkişaf etməsi, ölkəmizin tolerant və multikultural dəyərlərə sadiq olması, ölkələrimiz arasında həm siyasi müstəvidə, həm mədəni, həm də biznes müstəvisində əldə olunmuş nailiyyətlər haqqında fikir mübadiləsi aparılmışdır.
Yaponiyalı şagirdlər daha çox Azərbaycanın turizm potensialına böyük maraq göstərmişlər. Xüsusilə, Naftalanın neft vannaları, Naxçıvanın müalicəvi əhəmiyyətli duz dağı, Yanar Dağ, Palçıq vulkanları, Azərbaycanın milli mətbəxi haqda çoxlu suallar verilmişdir.
Qeyd olunmuşdur ki, son zamanlar Yaponiya televiziyalarında Azərbaycanla bağlı verilişlərin sayının artması yaponiyalılar arasında ölkəmizin daha da tanınmasına gətirib çıxartmışdır.

Onu da bildirmək istərdik ki, Əlibəy Məmmədov ötən ilin Oktyabr ayında yapon dilində yazılmış “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı kitabın müəllifidir. Kitab işıq üzü gördükdən sonra, Yaponiya televiziyalarından, qəzet və jurnallarından gələn təkliflərin sayı artmışdır.

Əlibəy Məmmədov onu da vurğulamışdır ki, Azərbaycanla biznes əlaqələri qurmaq istəyən Yaponiya şirkətlərinin sayı gözə çarpacaq dərəcədə artmaqdadır. Son illər, Azərbaycana gələn yaponiyalı turistlərin sayında 60% artım qeydə alınmışdır.

Ölkələrimiz arasında olan mübadilələrin daha da dərinləşəcəyinə əminlik vurğulanmışdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar