Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda artıq bu şəxslər həbs ediləcək - Qanuna dəyişiklik edilir

Tarix: 05-03-2019 15:01     Baxış: 3239 A- / A+
Azərbaycanda artıq bu şəxslər həbs ediləcək - Qanuna dəyişiklik edilir


Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək.


Manevr.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir.

Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Bu zərər vurulmuş ziyanın 2 mislinədək cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər külli miqdarda zərərvurmaya səbəb olduqda isə vəzifəli şəxslər 3 il müddətinə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqüqundan məhrum edilir və vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, yeni layihədə nəzərdə tutulan "müvafiq qurğu" dedikdə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunkasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.

Dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar