Sizin Reklam Burada
Xəbər lenti
24 mart
23 mart
BÜTÜN XƏBƏRLƏR

"Mən rəsm çəkməyə başlayanda..."

Tarix: 04-03-2019 20:46     Baxış: 484 A- / A+
"Mən rəsm çəkməyə başlayanda..."

Mənə elə gəlir ki, xəyal ilə gerçək arasında zamanını itirən adam, qatara gecikən sərnişin kimidir.


İki il bundan əvvəl şair dostum Kənan Hacının "İki qadını ayıran pəncərə" hekayəsini oxudum və gələcəkdə həqiqi mənada gözəl bir nasir kimi xatırlanacaq qənaətinə gəldim. Aradan keçən zaman ərzində də yanılmadığımın fərqinə vardım...

Kənan Hacı sakit danışığı, davranışı və yazı üslubu ilə zəngin təcrübə sahibi olduğunu təsdiqləmiş oldu. Müxtəlif illərdə qələmə aldığı hekayə və romanları, tərcümə və təhlilləri belə gecə-gündüz, xəyal və gerçək arasındakı sınırları aşmaq istəyən oxucuya fərqli düşünmək imkanı yaradır. Çıxış yolu göstərə bilməsə də bu sınırlar arasında gerçəkləşən ağrı-acılarından qurtuluş olaraq işığa doğru yönələn bir cığırın tapılacağına inanır. Bəzən köhnə istək və təzə arzu arasında görünməz uçurum yaratmış zamanla barışmasa da başıma gələn qəzavü-qədərin inanılmaz oyunlarından bəhs edərək öz taleyinin kitabını yazır: " Keçmişlə bağlı xatirələri yazıya köçürərkən hiss edirsən ki, beynin qeyri-ixtiyari hadisələri redaktə edir. Tam səmimi olmağa çalışırsan, bəzən alınır, bəzən yox. Nələrisə təfərrüatı ilə yazmaq özünüzü öz yumruğunuzla yerə yıxmaq deməkdir. Özünüzə qarşı qəddar olursunuz, amma yenə də tam səmimi ola bilmirsiniz. Zamanın dəyişdiyi olaylar yenidən, bu dəfə sizin əlinizlə təhrifə uğrayır. Yanlış anlaşılmaqdan qorxursunuz..."

Müəllifin publisist baxışı, bənzətmə və təşbehlərin düzgün seçimi əsərin poetik yükünü artıraraq oxucunu düşündürə biləcək bir mərhələyə yüksəldiyinin fərqindəyəm. O cümlədən adından göründüyü kimi nəşr olunan kitablar; "Quşlar üçün karusel", "Atamın sevgilisi","Cəhrayı qan" povesti, "Yağ kimi" və "Rəqqasə" romanları Kənan Hacı imzasının həqiqi mənada bir nasir kimi formalaşdığını təsdiqləmiş oldu.

"Mən rəsm çəkməyə başlayanda hələ dünyanın rənglərindən, bu rənglərin məna çalarlarından xəbərsiz idim. Anam danışırdı ki, ilk dəfə almanın rəsmini çəkmişəm; Adəmin cənnətdən qovulmağına səbəb olan, ilk günahın mənbəyi olan almanın! Niyə tutalım, armudun, narın yox, məhz almanın? Yəqin ki, heç vaxt bunun izahını tapa bilməyəcəyəm..." -deyir Kənan Hacı. Yazmış olduğu əsərlərin qəhrəmanlarında belə möcüzəyə inanmaq və ya möcüzə yaratmaq cəhdlərinin uğursuzluğu göz önündədir. "Ölümsüz" olunca neynəyəcəyini bilməyən adamların ölümlə barış səhnələri əsil faciyə ruhunu təftiş edir kimi təqdim olunur. Bəli, əlində olanla barışıb, əlacsızlığın son modeli olaraq ölümün nə vaxt gələcəyini gözləmək... Hərdən onu düşüncələri dərinləşdikcə dönüşü olmayan bir yola girdiyinin fərqinə varıb, dərədə yatıb, qalmağın təhlükəli olduğunu unudan yolçuya bənzədirəm. Oxucunun zavallı durumunu təsəvvür edirəm...

Hətta müəllifin ümidsizliyə qapılaraq paylaşdığı statuslar, üzücü rəyləri belə cavab tapa bilmədiyi müəmmalardan xilas olmaq istəyi, barışa bilmədiyi "gerçəklə" savaşı kimi dəyərləndirirəm. Odur ki, onu qınamaqdan uzağam. Lakin savaşların da ilahi iradəyə uyğun, həyat eşqinə bağlı bir ruhun oyanışı ilə olmalı olduğunu düşünürəm. Amma onun narazılığının gerçək tərəfi faydasevər cəmiyyətin dönüklüyündə, məsuliyyətsizliyində gizlənib.

Nə yazıq ki, məmləkətimizdə sənət adamının iş-gücsüz buraxılması günah olduğu qədər, onları qabiliyyətindən dövlətin qüdrətlənməsi və xalqın firavan yaşaması naminə yaradıcı ruh tələb olunan müəsisələrdə (folklar və çap evlərində, dilçilik İnstitutu və ya tərcümə mərkəzlərində) iş şəraitinin yaradılmaması sadəcə cinayətdir.

Qeyd: Bu gün Kənan Hacının və İlhamə Dağlının doğum günüdür. Hər iki ziyalımızı təbrik edirik. Qəzanız mübarək olsun.

Akəm Xaqan şair, tənqidçi


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar