Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış iş adamı Mübariz Mənsimov “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb

Tarix: 04-03-2019 19:49     Baxış: 3774 A- / A+
Tanınmış iş adamı Mübariz Mənsimov “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb

Tanınmış azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova Türkiyənin İstanbul şəhərində "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru”Qızıl Ordeni təqdim edilib.
Manevr.az xəbər verir ki, mükafatı "Palmalı" Şirkətlər Qrupunun Baş ofisində Mübariz Mənsimova "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli təqdim edib.

Jurnalın baş redaktoru E. Nəsirli bildirib ki, fəxrlə qeyd edirəm ki, azərbaycanlı iş adamı kimi Sizin həmkarlarınız və həmvətənlərimiz arasında qazandığınız böyük nüfuz təkcə biznes fəaliyyətinizlə məhdudlaşmır, yaşadığınız ölkənin – Türkiyə Respublikasının ictimai-siyasi həyatında göstərdiyiniz fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakınız geniş əks-səda doğurmuşdur. E. Nəsirli onu da əlavə edib ki, müasir ictimai-siyasi proseslərin, hadisə və meyillərin dərinliyini duymaq, işçilərin rifahı naminə mücadilə etmək hər an Sizin ictimai fəaliyyətinizin mərkəzində dayanır. İnsan psixologiyasını duymaq, kövrələn insan qəlbini almağı bacarmaq, zəngin dünyagörüşünüz, geniş məlumat dairəniz və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələriniz yaddaqalan cizgilərlə zənginləşmişdir,--deyə əlavə edən Emil Nəsirli Mübariz Mənsimovun Azərbaycana olan dərin sevgisi, onun vətənpərvərlik hisslərini əks etdirən əməlləri, ona öz problemlərinin həlli üçün müraciət edən soydaşlarımıza müxtəlif çətin anlarında dəstəyi, xeyriyyəçilik missiyası barədə geniş söhbət açaraq, Mübariz Mənsimovun iqtisadi, ictimai və sosial sahələrdə fəal iştirakına, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının inkişafında verdiyi mühüm töhfələrə, həmçinin sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə "Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülməsi barədə "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərar qəbul etdiyini söyləyib. Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova jurnalın kollektivinin, eləcə də Azərbaycan xalqının sevgisini, dərin hörmət və ehtiramını çatdıran E. Nəsirli tanınmış azərbaycanlı iş adamına möhkəm can sağlığı və işlərində yeni uğurlar arzulayıb.
Tanınmış iş adamı Mübariz Mənsimov “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov onu bu mükafata layiq görən "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və jurnalın bütün kollektivinə minnətdarlığını bildirib.miq.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar