Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tüfənglə öldürülən Aytən hamilə imiş, təqsirləndirilən şəxs onu zorlayıbmış - TƏFƏRRÜAT

Tarix: 01-03-2019 14:51     Baxış: 5282 A- / A+
Tüfənglə öldürülən Aytən hamilə imiş, təqsirləndirilən şəxs onu zorlayıbmış - TƏFƏRRÜAT



Elçi göndərdiyi qızı öldürən, anasını isə ağır yaralayan şəxs hakim qarşısına çıxarılıb.


Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və adam öldürməyə cəhddə ittiham edilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Sabir Qədimov özünü təqsirli bilib. Məhkəmənin davamında zərərçəkmiş Esmira Cəfərova ifadə verib. O, qətlə yetirilən Aytən Cəfərovanın anası olduğunu söyləyib.

Zərərçəkmiş qeyd edib ki, hadisədən bir müddət əvvəl Sabir Qədimov qızını zorlayıb və qızı hamilə qalıb.

Ananın dediyinə görə, qızının hamilə qaldığını biləndən sonra Sabirdən qızı ilə ailə həyatı qurmasını istəyiblər:

"Bunlar qızımı həkimə aparıb dərman içirdiblər. Aytən mənə zəhərləndiyini dedi, xəstəxanaya apardıq. Orada məlum oldu ki, qızım artıq 4 aylıq hamilədir. Buna görə də Sabirdə polisə şikayət elədim. Sabir və anasıgil bizə gəldi. Qızımı almalarını istədik. Dedilər ki, Sabirin nənəsinin ili çıxandan sonra elçi gələcəklər".

Esmira Cəfərova qeyd edib ki, Sabir və ailəsi onları başlarından ediblər.

Həmin gün Sabir Cəfərovların evindən çıxandan sonra Aytənə zəng edib.

"Qızıma zəng edib onu təhqir edib. Bir neçə dəqiqə sonra da evə gəlib. Qapını mən açdım. Sabir tüfənglə birinci məni vurdu. Əlimi qaldırdım, güllə sağ əlimin 2 barmağına dəydi, yerə yıxıldım. Qışqırdım ki, Aytən, evdən qaç. Sabirin əlləri əsirdi"- deyən zərərçəkmişin ifadəsindən məlum olub ki, Sabir hadisə yerinə tək gəlməyib.

Onun yanımda bibisinin oğlu da olub: "Tüfəngi bibisioğlu Sahibə verdi. O da tüfəngi doldurub, yenidən Sabirə uzatdı. Sabir də qızıma atəş açdı. Bir qədər keçəndən sonra onlar tələsmədən evdən getdilər. Mən sürünə-sürünə qızımın yanına getdim, onu qaldırmağa gücüm qalmamışdı. Aytən yerdə "ana" deyə-deyə can verirdi".

Esmira Cəfərova sürünə-sürünə küçəyə çıxdığını və kömək istədiyini deyib:

"Həyətdə qonşunun uşağı məni yerdə görüb yaxınlaşdı. Təcili yardım tez gəlsə idi, bəlkə də Aytən sağ qalardı. İstintaq zamanı Sabirlə birgə onun bibisioğlunun bizə gəldiyini, onun da bu işdə əli olduğunu bildirdim. Lakin Sabirin guya orada olmadığını qeyd etdilər"- deyən E.Cəfərova hadisədən sonra 2 barmağının amputasiya edildiyini bildirib.

Məhkəmənin baxış iclası martın 29-na təyin edilib.

Xatırladaq ki, dəhşətli cinayət hadisəsi Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

İlkin məlumata görə Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Amma məhkəmədə məlum olub ki, Sabir Qədimov mərhumun evinə elçi kimi yox, Aytənlə mübahisə etməyə gəlibmiş.

Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.

S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürüllüb.musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar