Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İdrak” liseyinin bir qrup müəllimi İstanbulda ezamiyyətdə olub - ŞƏKİLLƏR

Tarix: 28-02-2019 23:22     Baxış: 3389 A- / A+
“İdrak” liseyinin bir qrup müəllimi İstanbulda ezamiyyətdə olub


“İdrak” liseyinin təsisçisi pedaqoji elmlər doktoru, Prof. Mönsüm Alışovun rəhbərliyi ilə ingilis bölməsinin bir qrup müəllimi fevral ayında qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində ezamiyyətdə olmuşlar.
Manevr.az xəbər verir ki, ezamiyyətin əsas məqsədi kollecdə Beynəlxalq Bakalavriat Proqramının (İB) tətbiq prinsiplərini araşdırmaq, təhsildə və texnologiyalarda baş verən yeniliklərlə yaxından tanış olmaq və onları “İdrak” liseyində tətbiq etməkdir. Bu məqsədlə müəllimlərimiz “Marmara Egitim Kolleci”ndə olmuş, qarşılıqlı şəkildə təcrübə və fikir mübadiləsi etmişlər. Professor M.Alışov və İB DP Koordinatoru N.Allahverdiyeva “Marmara Egitim Kolleci”nin müdiri cənab Mehmet Alkan, İB DP Koordinatoru cənab Fikrət Özgənc ilə görüşlər keçirmiş və gələcəkdə də birgə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilmişdir. Səfər çərçivəsində Maltəpə Universitetinin rektoru, prof. dr Şahin Karasar ilə görüşmüş, “İdrak” liseyinin şagirdlərinin gələcəkdə bu universitetdə güzəştlə təhsil almaları haqqında razılaşma əldə edilmişdir. Liseyimizin müəllimləri – Banuçiçək Hətəmova (fizika) və Könül Yadigarlı (biologiya) kollecdə Beynəlxalq Bakalavriat Proqramının tələblərinə cavab verən laboratoriyalar ilə yaxından tanış olmuş, şagirdlərin laborator işlərini izləmişlər.

Manevr.az

“İdrak” liseyinin bir qrup müəllimi İstanbulda ezamiyyətdə olub
“İdrak” liseyinin bir qrup müəllimi İstanbulda ezamiyyətdə olub
“İdrak” liseyinin bir qrup müəllimi İstanbulda ezamiyyətdə olub
“İdrak” liseyinin bir qrup müəllimi İstanbulda ezamiyyətdə olub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar