Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev Beyləqanda məcburi köçkünləri qəbul edib - ŞƏKİL

Tarix: 18-02-2019 19:07     Baxış: 4244 A- / A+
Rövşən Rzayev Beyləqanda məcburi köçkünləri qəbul edib

Fevralın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində vətəndaşları qəbul edib.

Manevr.az-ın məlumatına görə, qəbulda Beyləqan rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Onların hər birinin müraciətinə fərdi qaydada baxılıb. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, kommunal xidmətlər, status və digər məsələlərlə əlaqədar olub.

Bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşıladırılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. İndiyədək onlar üçün bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 102 qəsəbə salınıb və hazırda respublikanın müxtəlif bölgələrində yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Beyləqan rayonu ərazisində 146 fərdi ev tikilir. Bu evlər ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinə veriləcəkdir. Belə ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə verdiyi tapşırığın icrasını Birinci vitse-prezident xanım Mehriban Əliyeva daim nəzarətdə saxlayır. Uzun illər həyat üçün təhlükəli şəraitdə yaşamaq məcburiyyətində qalan köçkünlər yeni mənzillə ilk növbədə təmin edilirlər.

Vətəndaşların qaldırdıqları məsələlər operativ şəkildə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar