Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İranın ali rəhbəri Təbrizə gəldi

Tarix: 18-02-2019 19:02     Baxış: 4227 A- / A+
İranın ali rəhbəri Təbrizə gəldi



İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei fevralın 18-də Şərqi Azərbaycanın mərkəzi Təbrizə səfər edib.


Bu barədə İran KİV-i məlumat yayıb.

İranın ali rəhbəri Təbrizə və Şərqi Azərbaycanın başqa şəhərlərinə 1978-ci il fevralın 18-də Təbriz hadisələrinin 41-ci ildönümü ilə bağlı səfər edib.

Qeyd edək ki, bu hadisələr “29 bəhmən” üsyanı da adlanır. 1978-ci ilin yanvarında İranın Qum şəhərində nümayişin dağıdılması zamanı polisin etirazçılara qarşı silah işlətməsi nəticəsində çoxlu sayda insan ölür. Bu hadisələrin 40-cı günü - 1978-ci il fevralın 18-də Təbriz əhalisi üsyana qalxır. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur edir. Hökumət tələsik nizami ordu qüvvələrini nümayişçilərə qarşı göndərir. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb olur. Nümayiş böyüyüb üsyana çevrilir. Ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak edirlər.

Fevralın 19-da şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərir, üsyan amansızlıqla yatırılır. Həmin hadisələr zamanı 2 mindən çox üsyançının öldürüldüyü və yaralandığı bildirilir. Bu aksiyalar İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi sayılır. Hadisələrin mərkəzindəki qüvvələr ayətullah Xomeyninin deyil, ayətullah Seyid Məhəmmədkazım Şəriətmədarinin tərəfdarları olub.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar