Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tənhalıq çox tez-tez xəstələnməyə səbəb olur

Tarix: 10-02-2019 16:39     Baxış: 4726 A- / A+
Tənhalıq çox tez-tez xəstələnməyə səbəb olur

Gündəlik həyatda hamımızın özünü tənha hiss etdiyi hallar olub. Bəs tənhalığın immunitet sisteminə zərər verdiyini bilirdinizmi?
Medpress.az xaricimediaya istinadən xəbər verir ki, amerikalı elm adamlarının apardığı bir araşdırma nəticəsində orqanizm stress altında olanda və tənha hiss etdiyimizdə daha çox iltihab istehsal edir.

Çox tez-tez xəstə olursunuz? Yoxsa tənhasınız? Çox insan özünü yalnız hiss etiyi anlara şahid olub. Tənhalıq həyatımıza bəzi vaxtlarda mənfi təsir etsə də, araşdırmalar göstərir ki, immunitet sistemimizi də təsir edir. Amerikalı elm insanlarının araşdırması ilə ortayan çıxan bu nəticə əsasında, yalnız insanların hazırda bədənlərində olan virusların daha tez-tez aktiv olduğunu göstərib.

Bədən daha çox xəstəlik istehsal edir

Ohıo Tibb Fakültəsində aparılan araşdırmaya görə, bu insanların bədənləri, stress altında ikən də daha çox iltihab istehsal edir. Qandakı iltihab nisbətinin artması isə bədəni xəstəliklərə açıq hala gətirərkən, ürək böhranı riskini də artırır.

Tənhalıq xroniki stressə yol açır

Tənhalıq hiss edən insanların, həyatda qarşılarına çıxan çətinliklərdən də daha ağır təsirləndiyi və xroniki stress yaşamağa daha meylli olduğu bildirilir. Çarəsi isə insanlarla mənalı və sağlam əlaqələr qurmaqdır.

Özünü yalnız hiss etmək burada mühümdür

Politoloqlar, burada əsas həlledici olanın, fərdin az adam tanıması və ya tək yaşaması deyil, özünü tək hiss etməsi olduğunu da vurğulayır. Yəni araşdırmaya görə, önəmli olan çox insan tanımaq deyil, mənalı əlaqələr və insanı güvəndə hiss etdirəcək tərzdə əlaqələr qurmaqdır.

İmmunitet sisteminin sağlamlığı üçün sosial əlaqələr qurmaq mühümdür

Çünki bu cür ictimai bağlar yalnız ruhi deyil, fiziki sağlamlığa da yaxşı təsir göstərir. Sağlam sosial əlaqələr, immunitet sistemini gücləndirərkən, stress səviyyəsini də azaltmaqda rol oynayır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar