Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tibb dünyası ŞOKDA: : 10 yaşlı oğlanın böyrəyi budundadır

Tarix: 03-02-2019 14:48     Baxış: 4306 A- / A+
Tibb dünyası ŞOKDA: : 10 yaşlı oğlanın böyrəyi budundadır

Mançester şəhərindən olan 10 yaşlı Hemiş Robinsonun böyrəklərindən biri bud nahiyəsində yerləşir. Bu "özəlliyinə" görə H. Robinson dünyada hələlik yeganə insandır. Belə pozuntuya çox nadir hallarda təsadüf olunur. Hətta həkimlər bu hala oğlanın şərəfinə "Hemiş sindromu" adını veriblər.

Genetik pozulma səbəbindən böyrək uşağın qarın boşluğunda deyil, ayağındadır.

Öz yerində olmayan böyrək ektopik böyrək adlandır. Ektopik böyrəklərə kifayət qədər tez-tez rast gəlinir. Hər 900 nəfərdən birində bu hal müşahidə oluna bilər.

Lakin ingiltərəli uşaqda 7p22.1 adlı xromosumun olmamağı səbəbindən böyrək aşağı, bud nahiyəsinə düşüb. Sağ budun yuxarı hissəsində yerləşən böyrək normal fəaliyyət göstərir. Lakin artıq H. Robinsonun orqanizmində müəyyən problemlər baş qaldırmağa başlayıb. Belə ki, onun qulaqlarından biri eşitmə qabiliyyətini itirib.

H. Robinsonda ağır astma tutmaları, onurğa sütununda problemlər, fənləri öyrənməkdə çətinliklər də müşahidə olunur. O cümlədən danışıq üçün xüsusi kompüter aləti tələb olunur. Bundan əlavə, uşaqda qidalanma ilə bağlı çətinliklər də meydana çıxıb.

Övladının problemindən anası gec xəbər tutub. Yalnız uşaq hamı kimi vaxtında danışmağa başlamayanda anası onu həkimə aparıb.

Buna qədər 4 aylığında H. Robinsonun üzərində yırtıq əməliyyatı icra edilib. 8 müxtəlif mütəxəssisin, o cümlədən endokrinoloq, immunoloq və qastroenteroloqun yanında olub. Həkimlər yalnız 18 aylığında uşaqda unikal xromosom qüsuru aşkar ediblər, hansı ki, bu hal başqa heç kimdə yoxdur.//e-tibb.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar