Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yanvar onlar üçün “qara” gəldi - Yola salınan məmurlar... - ŞƏKİLLƏR

Tarix: 31-01-2019 18:35     Baxış: 5357 A- / A+
Yanvar onlar üçün “qara” gəldi - Yola salınan məmurlar...


2019-cu ilin ilk ayına - yanvar ayına yekun vururuq. Yola saldığımız bu ay ölkəmizin həyatında bir çox mühüm hadisələrlə yadda qaldı. Dövlət idarəçiliyində bir çox islahatlar aparıldı, onlarla dövlət müəssisəsi ləğv olundu, onlardan bəzilərinin fəaliyyətləri ictimai əsaslarla yenidən təşkil edildi. Bununla uzun müddətdir yüksək dövlət vəzifələrində çalışan məmurlar öz vəzifələrini itirmiş oldular.

Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edildi. Nazirliyin bazasında "Azərsilah" ASC yaradılmasına qərar verildi. Bununla nazir səlahiyyətlərini icra edən Yəhya Musayev öz vəzifəsini itirmiş oldu. Düzdür iddialar var ki, Y.Musayev yeni yaranan ASC-nin rəhbəri təyin olunacaq. Lakin bu rəsmi olaraq öz təsdiqini tapmayıb.

Yanvar onlar üçün “qara” gəldi - Yola salınan məmurlar...
Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi öz ətrafında xeyli sayda müəssisəni birləşdirirdi. Nazirlik yarandığı gündən quruma Yavər Camalov rəhbərlik edib. Ötən ilin iyun ayında vəfat edən Y.Camalovu son aylar bu postda müavini Yəhya Musayev əvəz edib. Son təyinata qədər isə Y.Musayev Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışıb.

Yanvar onlar üçün “qara” gəldi - Yola salınan məmurlar...


Prezident İlham Əliyevin 15 yanvar tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (AZTV) Arif Alışanov vəzifədən azad edildi. A.Alışanov 13 ildir bu vəzifədə çalışırdı. Onun televiziyaya gəlişi isə ötən əsrin 70-ci illərinin sonuna gedib çıxır.

Uzun müddət AZTV-də rəhbər vəzifələr daşıyan A.Alışanovun sədr təyinatına qədər son iş yeri sədr müavini vəzifəsi olub. Bir müddət ölkə parlamentində təmsil olunan keçmiş sədr 2015-ci ildə namizədliyini irəli sürməyib və mandatı ilə də vidalaşmalı olub.

Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edildi. Bununla uzun müddətdir bu quruma rəhbərlik edən Akim Bədəlov vəzifəsini itirmiş oldu.


Yanvar onlar üçün “qara” gəldi - Yola salınan məmurlar...
Hazırda onun hər hansı vəzifəyə təyin olunması ilə bağlı rəsmi qərar yoxdur. Yəni bu o deməkdir ki, uzun illərdir yüksək vəzifədə çalışan Bədəlov hazırda işsizdir. Akim Bədəlov 9 ilə yaxındır bu vəzifəni daşıyırdı. Bundan öncə isə "Xəzər" Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Müşahidə şurasının sədri vəzifəsində çalışırdı.

Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ləğv edildi. Bununla da bu quruma rəhbərlik edən Oktay Səmədov vəzifəsini itirdi.

Yanvar onlar üçün “qara” gəldi - Yola salınan məmurlar...

O.Səmədov bu qurum yarandığı gündən bu quruma rəhbərlik edib. Buna qədər isə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Pedaqoji elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiridir.

Prezident İlham Əliyevin 14 yanvar tarixli sərəncamı ilə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edildi. Bununla bu qurumun sədri Fərhad Məmmədovvəzifəsini itirmiş oldu.

Yanvar onlar üçün “qara” gəldi - Yola salınan məmurlar...

Fərhad Məmmədov 7 ilə yaxındır bu vəzifədə çalışırdı və bundan öncə Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi işləyirdi. "İrəli" İctimai Birliyinin təsisçilərindən biri idi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar