Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Buraxılış və qəbul imtahanları: Bu il abituriyentlər üçün çətin olacaq

Tarix: 29-01-2019 23:02     Baxış: 4355 A- / A+
Buraxılış və qəbul imtahanları: Bu il abituriyentlər üçün çətin olacaq


Məlumdur ki, bu il ali məktəblərə qəbul imtahanları yeni qaydalar əsasında keçiriləcək. Burada həm imtahanın keçirilməsi formasından, həm də sualların modellərindən söhbət gedir. Bu yenilik özü belə abituriyentlərin həyəcanını artırmağa kifayət edir. Ancaq bu həyəcanı daha da artıran yeni bir məsələ ortaya çıxıb. Məsələ ondan gedir ki, humanitar fənnlər üzrə keçiriləcək imtahanların proqramı yenicə açıqlanıb. Ekspertlər deyirlər ki, burada çoxsaylı yeniliklər var. Söhbət hansı yeniliklərdən gedir və dövlət imtahan mərkəzinin bu məsələyə münasibəti nədir? Cavabı növbəti xəbərimizdə.

Bu il buraxılış və qəbul imtahanlarında edilən bir sıra dəyişikliklər abituriyentləri çətin vəziyyətdə qoyub. Ekpertlər hesab edirlər ki, istər buraxılış imtahanı modelində sınaq imtahanının keçirilməməsi, istərsə də proqramın gec elan edilməsi abituriyentlərin bəzi mövzuları mənimsəmələrinə çətinlik yaradır.

Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, təhsil işçisi Elxan Nəcəfovun sözlərinə görə, builki imtahanlarda çox ciddi dəyişikliklər edildiyindən qəbul imtahanları üçün bütün fənlər üzrə proqram daha tez elan olunmalı idi. Əksər abituriyent və müəllim yeni proqramla cəmi 10 gündür tanış olduğu üçün imtahana hazırlaşmaq üçün az vaxt qalır.

Proqramdakı dəyişikliklər əsasən humanitar fənlərlə bağlıdır. Ən çox dəyişiklik isə ədəbiyyat fənnini əhatə edir. Ekspertin sözlərinə görə, ənənəvi Ədəbiyyat proqramı ilə yenisinin yeganə üst-üstə düşən mövzuları Ədəbiyyat nəzəriyyəsinə aid hissələrdir. Yeni proqram əvvəlki qəbul proqramından 80%fərqlənir.

Elxan Nəcəfov onu da qeyd edir ki, bu il buraxılış imtahanının sınaq versiyasının keçirilməməsi də abituriyetləri çətin vəziyyətdə qoyub.

Dövlət İmtahan Mərkəzindən iddialara cavab olaraq bildirildi ki, qəbul proqramları abituriyentlərin imtahanlara hazırlaşmalarına yardım məqsədilə çap edilir və məktəb dərsliklərinə əsaslanır. Sınaq imtahanlarına gəldikdə isə, Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin sözlərinə görə, imtahanların keçirilməsi və yoxlanılması kifayət qədər vaxt tələb edir. Hər həftəsonu mərkəz tərəfindən ayrı-ayrı imtahanlar keçirildiyindən əlavə sınaq imtahanı keçirmək mümkün olmur. Lakin onlayn qaydada abituriyentlər otk.az portalında sınaq imtahanı verə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar