Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əmin oldum ki, təhsil bizim üçün hələ dərk olunmamış həqiqətdir" - Şahlar ƏSGƏROV

Tarix: 28-01-2019 22:12     Baxış: 2796 A- / A+
Təhsilin baza terminləri
"Əmin oldum ki, təhsil  bizim üçün hələ dərk olunmamış həqiqətdir" - Şahlar ƏSGƏROV


Məlumolmayanları, yalnız məlum olanlarla üzə çəxartmaq olar.
Umberto Eko
Əvvəlcədən qeyd edimı ki, istənilə sahədə, o cümlədən də təhsil sahəsində terminlərin, anlayışların düzgün seçilməsinin əhəmiyyəti böyükdür. Aydın olmaq üçün İ. Stalindən bir misal çəkim. Müharibədən sonra yeni istehsal olmuş “Rodina” adlı minik maşınını Stalinə təqdim edirlər. Stalinin ilk sualı belə olur: “Rodina”-nı neçəyə satacaqsınız? Təqdimatçılar səhvlərin tez başa düşürlər və maşının adını “Pobeda” (qələbə) qoyurlar. Bu müqəddəmədən sonra keçək əsas məsələyə.
Təhsilin baza anlayışlarını düzgün başa düşməsək və düzgün tərif verməsək, illərlə zaman keçsə də təhsilin problemlərinin həlli müşkül olaraq qalacaqdır. K. Marksa görə problemin dərk edilməsi, onun həllini asanlaşdırır. Terminin mahiyyəti dərk edilməlidir ki, problemlər həllin tapsın, tərcümələr düzgün edilsin. Misal üçün V.Leninin “öyrənmək, öyrənmək və yenə də öyrənmək” kimi dəyərli kəlamı dilimizə səhv tərcümə edilməmişdir.
Təhsil sahəsində belə qüsurlar çoxdur. Bu qüsurları aradan qaldırmaq üçün FB –dən bir platforma kimi istifadə etmək olar. İndi keçək təhsilin baza terminlərinin müzakirəsinə.
Birinci seminarda (FB 04.01.19) müzakirəyə aşağıdakı terminlərini çıxarılmışdı:
a) Övladlarımız məktəblərdə (və ya universitetlərdə) oxuyurlar, yoxsa öyrənirlər?
b) "İbtidai" məktəb, yoxsa "ilk" məktəb anlayışı daha düzgündür?
Bu müzakirəyə 127 nəfər qoşuldu, onlardan 74 nəfəri rəy yazdı.
Ortalama “öyrəmək” və “ilk məktəb” anlayışları üstünlük təşkil etmişdilər. Mən də bu cavabları düzgün sayıram. Çünki, fəlsəfi baxımdan “öyrənmək”məqsəd, “oxumaq” isə vasitədir. Aydındır ki, valideynlər övladlarını oxumağa yox, öyrənməyə göndərirlər ki, gələcəkdə yaxşı həkim, hüquqşunas və ya digər peşə sahibləri olsunlar. Müasir dövrdə biz övladlarımızı universitet və ya məktəbə oxumağa yox, öyrənməyə göndəririk . Fizikanın dili ilə desək, öyrənmədə bilik beyində kristallaşır, oxumada isə bilik sanki maye halındadır. İmtahan zamanı tələbədən soruşsan ki, qızım, sualını niyə oxumamısan? Deyəcək, müəlim, Allah haqqı oxumuşam. Ancaq soruşsan ki, oğlum sualını niyə öyrənməmisən? And içə bilməyəcək. Qeyd edə ki, rus və ingilis dillərində də bu proses “öyrənmək” sözü ilə ifadə edilir.
2-ci sual “ibtidai ” məktəb termini ilə bağlı idi. Rus dilində bu məktəblər “начальная школа”, türk dilində “ilk okul”, ingilis dilində isə “primary school"adlanır. Bizdə bu məktəbə layiq olduğu qiymət verilməyib, ona “ibtidai” məktəb deyərək, əhəmiyyətini azaltmışıq. Ata - anailk dəfə (!) gül dəstəsi ilə uşagınbirinci sinifə aparır, biz isə bu təmtaraqlı hadisənin baş verdiyi məkanı “ibtidai” məktəb adlandırırıq.
İlk siniflərdə təhsilin bünövrəsi qoyulur, biz onu layiqincə dəyərləndirmirik. Gələcək həyat üçün lazım olan məlumatlar uşağın beynində bu məktəbdə toplanır. İbtidai məktəbin fövqələhəmiyyətli başlanğıc olduğunu dərk etməliyik və onun baxışımızı dəyişməliyik. Uşaqların qramatik qaydaları sürətlə qavraması Noam Homskini çox təcüblənmişdi. Məşhur pedaqoq Piage uşağın doğulduğu gündən 2 yaşına kimi fiziki və əqli inkişafını altı etapa bölmüşdür. Bu məktəb ibtidai deyil, bizim məktəbə baxışımız ibtidaidir.
İlk məktəb, əlifba öyrətməklə bərabər düşüncə də öyrətməlidir. Bu səbəbdən də o ibtidai yox, ilk məktəbdir. İlk məktəblərdə dərs deməyə tək qadınları yox, kişiləri də, bəzən tədqiqatçı alimlər də cəlb edilməlidir. Təməl möhkəm qoyulmalıdır ki, gələcək parlaq olsun.

İkinci seminarında(FB 08.01.19)müzakirəyə “bilik” və “qiymət”anlayışlarımüzakirə edilmişdir. Daha doğrusu,” bilik” və “qiymət” anlayışlarının tərifi soruşulurdu.

Birinci seminarla müqayisədə, ikinci seminarın demək olar ki, suallarına cavab yox idi. Suala münasibət bildirənlərin sayı cəmi 24, rəy bildirənlər isə 8 nəfər omuşdu. FB -dəki passivlik məni çox təəcübləndirdi. Bu iki anlayış təhsil sisteminin nüvə anlayışlarıdir. “Nüvə” fizikasını bilmədən nüvə bombası yaratmaq mümkün olmadığı kimi, təhsilin baza anlayışlarını bilmədən təhsilin mükəmməl konsepsiyasını yaratmaq mümkün deyil. Uğur qazanmaq üçün, əvvəlcə, bu alayışlar dərindən dərk edilməlidir. Güman etmək olar ki, bu anlayışlar pedoqoji ictimaiyyət tərəfindən (təhsili idarə edənlər və idarə olunanlar) zəif dərk edilibdir. Əks halda 20 il öncə Təhsil Nazirliyi reforma adı altında 9 ball qiymətləndirmə şkalasını ölkənin 6 rayonunda tətbiq etməzdi. Belə absurdşkala, ancaq təhsildən bixəbər ağlının məhsulu ola bilərdi.

Qiymət nədir? - sualına rus pedaqoqikasında cavab belədir: qiymət- şagirdin bilik səviyyəsi haqqında müəllimin (və ya digər yoxlayıcının) rəqəmlərlə ifadə olmuş rəyidir.
Azərbaycan pedaqoqikası (“ Ali məktəb pedaqoqikası”, Bakı , 2007) qiymət - tələbənin təlim fəaliyyətinin nəticələrinin (müvəffəqiyyətinin) son göstəricisidir–tərifini vermişdir.

Bu təriflərdən heç biri mahiyyəti açmır. Bu təriflərdən fərqli olaraq mənim tərifim belədir: qiymət - mövzunun, fənnin, kursun (proqramın) məmnisəmə dərəcəsinin faiz göstəricisinin rəqəmlərlə (həriflərlə) ifadəsidir. Bu tərifipost sovet məkanında bir çoxları tərəfindən dəstəklənir. Misal üçün, Riqalı alimlər (Ишгали Ишмухаметов, Марина Брук) yazdıqları məqalədə (2012)qeyd edirlər:«Как отмечает Ш. Аскеров, знания- есть цифровое выражение степени усвоения знания, т.е. знания учебной программы или программ, превышающих принятую государством минимальную норму.
Bəs bilik nədir? Bubaza (fundamental) təhsil anlayışına verilən tərif Qərbdə və İslam dünyasında kifayyət qədər fərqlidir.
Qərb dünyasında tərif belədir: “Bilik- hiss üzvülərimiz və təcrübə vasitəsi ilə əldə etdiyimiz bütün məlum olanlardır”. Müsəlman dünyasında isə tərif belədir: “Bilik- vəhyün, hissin və təcrübənin əldə etdiyi bütün məlum olanlardır”.
Göründüyü kimi Qərb və İslam dünyasında biliyə verilən təriflər kifayyət qədər fərqlidir. İslam dünyasının elm və texnologiyada geriliyini bilik anlayışının düzgün dərk edilməməsi ilə bağlı olduğu qənaətə gəlmək olar.
Qərbdə bilik əldə etmək ancaq və ancaq insanın (alimin) özünə bağlıdir. İslam dünyasında əlavə “Allahın köməkliyinə ”də bel bağlanır.Bu da alim üçün vacib olan inadkarlığı və əzimkarlıq keyfiyyətini zaldır.
Müzakirəyə çıxarılası terminlər çoxdur. Bu səbəbdən FB seminarlarını davam etmək olar. Müzakirəyə “mənimsəmə həddi vacibdirmi?” və ya “ fənn, yoxsa distiplina anlayışı daha düzgündür?”və bunun kimi terminləri çıxartmaq olar.
Müasir təhsilimizin yaşı 100 ildən çoxdür. FB müzakirəsindən bir daha əmin oldum ki, təhsil bütövlükdə bizim üçün hələ dərk olunmamış həqiqətdir. Biz heç təhsilin baza terminlərini dərindən mənimsəməmişik. FB -dəkə passivliyindən belə nəticəyə gəlmək olar ki, “oxumaq”, “öyrənmək”, “ibtidai məktəb”, “qiymət” və “bilik” kimi təhsilin baza anlayışlarını pedoqoji ictimaiyyət (müəllimlər və məmurlar) bir çoxları hələ dərindən dərk etməyiblər.
Sonda istərdim ki, terminlərim mahiyyətinə ciddi diqqət yetirək və söhbət zamanı deyək ki, övladım Universitetdə fizikanı (riyaziyyatı, tarixi və s.) öyrənir. Qızım məktəbdə 6-cı sinifin öyrəncisidir. Terminlərin mahiyyətinə ciddi diqqət yetirməyəndə “Aslan” kimi möhtəşəm kişi adı, dönüb olur “Astan”. Bir o var müharibəyə Aslanla gedəsən, bir də var ki, Astanla gedəsən. Nəticə fərqli olar.

Prof.Şahlar Əsgərov,

Əməkdar elm xadimi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar