Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dilçilik İnstitutunun direktoru Tərcümə Mərkəzini YIXIB-SÜRÜDÜ

Tarix: 22-01-2019 16:40     Baxış: 3212 A- / A+
Dilçilik İnstitutunun direktoru Tərcümə Mərkəzini YIXIB-SÜRÜDÜ

Tərcümə Mərkəzi monitorinq olunan saytların hansı parametrlərə görə seçilməsi ilə bağlı açıqlama verməlidir.

Bu sözləri kult.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Tərcümə Mərkəzinin Azərbaycandakı bəzi onlayn media orqanlarının dil qüsurlarını monitorinq etməsi haqda deyib. O bildirib ki, Tərcümə Mərkəzinin səhvlər aşkarladığı onlayn media qurumlarının bunu tələb etmək haqqı var:

“Nəsimi adına Dilçilik İnstitutu KİV-lərin Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə monitorinq keçirdi. Sonra isə həmin KİV-lərin nümayəndələrini dəvət edib bildirdik ki, filan səhvləriniz var. Hər halda, Mərkəz səhv tapdıqları onlayn media nümayəndələrini dəvət edib, onlara səhvlərini deməli və bunu əsaslandırmalı idi”.

Nağısoylu Tərcümə Mərkəzinin “şey” sözünü səhv hesab etməsinin isə qəbuledilməz olduğunu bildirib:

”Ədəbi dildə “şey” sözü istifadə edilir, bu söz bütün lüğətlərdə var. Onun səhv kimi qeydə alınması qətiyyən düzgün deyil”.

Qeyd edək ki, Tərcümə Mərkəzinin saytları - Aydinyol.az və Aztc.gov.az - Azərbaycandakı bəzi onlayn media orqanlarının dil qüsurlarını monitorinq edib. Lakin Mərkəz bəzi məşhur saytları “diqqətdən” kənarda qoyub və saytların hansı parametrlərə görə seçilməsi ilə bağlı məlumat verməyib.

Eyni zamanda, “monitorinq”in çoxsaylı nöqsanlarla aparılması da diqqət çəkib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar