Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsulzadənin barelyefini oğurlayanlara onun əsərləri oxudulsun -Millət vəkilindən maraqlı təklif

Tarix: 18-01-2019 14:11     Baxış: 3175 A- / A+
Rəsulzadənin barelyefini oğurlayanlara onun əsərləri oxudulsun

Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin ata evi üzərindəki barelyefini oğurlayan şəxslər polis tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, "Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb."

Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa özünün "Facebook" səhifəsində barelyef oğrularının tapılmasına münasibət bildirib.

"Sağ olsun polislərimiz, insanların haqlı narahatçılığına vaxtında son qoydular. Ancaq bu informasiyanın bir mənəviyyat təftişinə əşədü ehtiyac var.

Birincisi, həmin Novxanıda körpələr evi deyilən yer böyük Məhəmmədəmin Rəsulzadənin doğulub boya-başa çatdığı ocaqdır, burada onun ev muzeyi əvəzinə hələ də körpələr evi fəaliyyət göstərir. Oğruların ağlı olsa, ifadə verərlər ki, məhz böyük Rəsulzadəyə bu cür münasibətə görə barelyefi oğurlayaraq məsələyə diqqət yönəltmək istəmişik.

İkincisi, oğrularımız da ibtidai təhsilsiz və dəyərtanımazdırlar, oğurlanmalı o qədər mənasız barelyeflər olduğu halda gəlib ilişiblər Azərbaycan dövlətinin qurucusunun kasıb bareleyfinə.

Üçüncüsü, bu bareleyfi qəbul edən metalalma məntəqəsində də oturan metallar aldıqları malın üzərini də oxuyub Rəsulzadənin kimliyi barədə düşünməyi bacarmayıblar.

Dördüncüsü, heç şübhəsiz, saxlanılan şəxslərin davranışları incələndiyində məlum olacaq ki, onların arasında narkomanlar var və bu berelyefi ya narkotik, ya da spirtli içki almaq məqsədi ilə oğurlarıb metal kimi satışa veriblər. Bu da bölgələrdə narkomaaniya və işsizlik probleminin nə qədər ciddi fəsadlar törədə biləcəyinin bir nümunəsidir.

Beşincisi, sözümü eşitsəydilər xahiş edərdim ki, Rəsulzadənin barelyefini oğurlayanları yenicə ləğv olunmuş kitabxanaların birinə qatıb 15 gün müddətində Rəsulzadənin əsərlərini oxuma cəzası verərdilər. Böyük Rəsuzadə əminəm ki, barelyefinin oğurlanmasına görə kimsəni həbs etdirməzdi, lakin oxumağa, öyrənməyə məcbur edərdi.

Altıncısı isə, oğurluq çox pis şeydir. Ancaq maddi sübut kimi götürülmüş barelyefin qalıqları əminəm ki, yaxın zamanlarda Rəsulzadənin ata ocağında yaradılmış muzeyin ilk eksponatı olacaqdır. Evin yaxınında da böyük və işıqlı Körpələr evi inşa ediləcəkdir. Bu Körpələr evində Rəsulzadənin evindən oğurluq edən uşaqlar deyil, elmindən, şəxsiyyətindən, yolundan öyrənən uşaqlar yetişəcəkdir", - deyə Fazil Mustafa bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar