Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsulzadənin barelyefini oğurlayan şəxslər tutuldu - YENİLƏNİB (ŞƏKİL)

Tarix: 17-01-2019 17:54     Baxış: 4171 A- / A+
Rəsulzadənin barelyefini oğurlayan şəxslər tutuldu - YENİLƏNİB (ŞƏKİL)


DİN Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən Rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

Polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) araşdırmalar davam etdirilir.

Rəsulzadənin barelyefini oğurlayan şəxslər tutuldu - YENİLƏNİB (ŞƏKİL)


*** 16:51

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Novxanı bələdiyyəsindən “Report”a verilən məlumata görə, bu, həmin qəsəbədə yaşayan Emin Məmmədov adlı şəxsdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar