Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Möhsün Yazıçıoğlu sui-qəsdinin sirrləri - səbəbkarlar bəllidir

Tarix: 01-08-2016 11:57     Baxış: 2567 A- / A+
Möhsün Yazıçıoğlu sui-qəsdinin sirrləri


Manevr.az xəbər verir ki, 15 iyul çevriliş cəhdi iflasa uğradıqdan sonra Fətullah Gülənə bağlı terror şəbəkəsinin çeşidli cinayətləri üzə çıxmağa başlayıb.

Onlardan biri də Türkiyənin ən nüfuzlu siyasətçilərindən hesab olunan Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlunun müəmmalı şəkildə helikopter qəzasında həlak olmasıdır.

Xatırladaq ki, mərhum partiya sədri 25 mart 2009-cu ildə Kahramanmaraşdan Yozqata gedən zaman helikopter qəzasında dünyasını dəyişib və bu günədək onun müəmmalı şəkildə aradan götürüldüyü iddiaları səngiməyib. Amma bir müddət öncə hadisə ilə bağlı qaldırılan cinayət işinə xitam verilib. Maraqlıdır ki, 15 iyul qiyamından sonra Möhsün Yazıçıoğlunun ailəsi yenidən Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edərək cinayət işinin təzələnməsinə nail olub.


FETÖ-çuların həbsi sirr pərdəsini qaldırdı


Moderator.az Türkiyənin nüfuzlu "Star" qəzetinə istinadən xəbər verir ki, həmin helikopter qəzasını araşdıran bütün görəvlilərin 15 iyul terror olaylarında əli olduğu təsdiqini tapıb və onların hamısı həbs olunub.

İddialara görə, hadisənin necə və hansı şəraitdə baş verməsini araşdıran istintaq hansısa səbəbdən bütünlüklə Fətullahçı qrupa həvalə edilib, onlar da asanlıqla sui-qəsdin izlərini itirmək üçün fürsəti fövtə verməyiblər və nəticədə bu günədək əsl həqiqəti üzə çıxarmaq istintaqa nəsib olmayıb. Amma artıq istintaqda həmin qəzanın məhz sui-qəsd olduğuna şübhə yoxdur və 7 il öncə törədilən bu müdhiş cinayətin yaxın günlərdə tamamilə ifşa olunacağı gözlənilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar